< Zəbur 87 >

1 Qorah övladlarının məzmuru. Bir ilahi. Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir, 2 Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir. 3 Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: (Sela) 4 «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”. 5 Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”. 6 Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. (Sela) 7 Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”».

< Zəbur 87 >