< Zəbur 82 >

1 Asəfin məzmuru. Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir: 2 «Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? (Sela) 3 Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin. 4 Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin. 5 Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız. 6 Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”. 7 Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz». 8 Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan!

< Zəbur 82 >