< Zəbur 70 >

1 Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru. Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat! 2 Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar. 3 «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar. 4 Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər. 5 Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə!

< Zəbur 70 >