< Zəbur 6 >

1 Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.
לַמְנַצֵּחַ בִּנְגִינוֹת עַֽל־הַשְּׁמִינִית מִזְמוֹר לְדָוִֽד׃ יְֽהוָה אַל־בְּאַפְּךָ תוֹכִיחֵנִי וְֽאַל־בַּחֲמָתְךָ תְיַסְּרֵֽנִי׃
2 Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.
חָנֵּנִי יְהוָה כִּי אֻמְלַל אָנִי רְפָאֵנִי יְהוָה כִּי נִבְהֲלוּ עֲצָמֽ͏ָי׃
3 Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
וְנַפְשִׁי נִבְהֲלָה מְאֹד ואת וְאַתָּה יְהוָה עַד־מָתָֽי׃
4 Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
שׁוּבָה יְהוָה חַלְּצָה נַפְשִׁי הוֹשִׁיעֵנִי לְמַעַן חַסְדֶּֽךָ׃
5 Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək? (Sheol h7585)
כִּי אֵין בַּמָּוֶת זִכְרֶךָ בִּשְׁאוֹל מִי יֽוֹדֶה־לָּֽךְ׃ (Sheol h7585)
6 Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.
יָגַעְתִּי ׀ בְּֽאַנְחָתִי אַשְׂחֶה בְכָל־לַיְלָה מִטָּתִי בְּדִמְעָתִי עַרְשִׂי אַמְסֶֽה׃
7 Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.
עָֽשְׁשָׁה מִכַּעַס עֵינִי עָֽתְקָה בְּכָל־צוֹרְרָֽי׃
8 Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,
סוּרוּ מִמֶּנִּי כָּל־פֹּעֲלֵי אָוֶן כִּֽי־שָׁמַע יְהוָה קוֹל בִּכְיִֽי׃
9 O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!
שָׁמַע יְהוָה תְּחִנָּתִי יְהוָה תְּֽפִלָּתִי יִקָּֽח׃
10 Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.
יֵבֹשׁוּ ׀ וְיִבָּהֲלוּ מְאֹד כָּל־אֹיְבָי יָשֻׁבוּ יֵבֹשׁוּ רָֽגַע׃

< Zəbur 6 >