< Zəbur 54 >

1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə. Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver. 2 Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as. 3 Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. (Sela) 4 Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur. 5 O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et! 6 Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm! 7 Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.

< Zəbur 54 >