< Zəbur 52 >

1 Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti. 2 Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir. 3 Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. (Sela) 4 Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən! 5 Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. (Sela) 6 Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər: 7 «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi». 8 Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm. 9 Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

< Zəbur 52 >