< Zəbur 5 >

1 Musiqi rəhbəri üçün. Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal.
聖歌隊の指揮者によって笛にあわせてうたわせたダビデの歌 主よ、わたしの言葉に耳を傾け、わたしの嘆きに、み心をとめてください。
2 Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
わが王、わが神よ、わたしの叫びの声をお聞きください。わたしはあなたに祈っています。
3 Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
主よ、朝ごとにあなたはわたしの声を聞かれます。わたしは朝ごとにあなたのためにいけにえを備えて待ち望みます。
4 Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz.
あなたは悪しき事を喜ばれる神ではない。悪人はあなたのもとに身を寄せることはできない。
5 Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən.
高ぶる者はあなたの目の前に立つことはできない。あなたはすべて悪を行う者を憎まれる。
6 Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.
あなたは偽りを言う者を滅ぼされる。主は血を流す者と、人をだます者を忌みきらわれる。
7 Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
しかし、わたしはあなたの豊かないつくしみによって、あなたの家に入り、聖なる宮にむかって、かしこみ伏し拝みます。
8 Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
主よ、わたしのあだのゆえに、あなたの義をもってわたしを導き、わたしの前にあなたの道をまっすぐにしてください。
9 Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır.
彼らの口には真実がなく、彼らの心には滅びがあり、そののどは開いた墓、その舌はへつらいを言うのです。
10 Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar.
神よ、どうか彼らにその罪を負わせ、そのはかりごとによって、みずから倒れさせ、その多くのとがのゆえに彼らを追いだしてください。彼らはあなたにそむいたからです。
11 Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Sənin adını sevənlər sevincdən cuşa gəlsin!
しかし、すべてあなたに寄り頼む者を喜ばせ、とこしえに喜び呼ばわらせてください。また、み名を愛する者があなたによって喜びを得るように、彼らをお守りください。
12 Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən.
主よ、あなたは正しい者を祝福し、盾をもってするように、恵みをもってこれをおおい守られます。

< Zəbur 5 >