< Zəbur 47 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin! 2 Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır! 3 Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb. 4 Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. (Sela) 5 Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi. 6 Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin! 7 Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin. 8 Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir. 9 İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!

< Zəbur 47 >