< Zəbur 42 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili. Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir!
לַמְנַצֵּחַ מַשְׂכִּיל לִבְנֵי־קֹֽרַח׃ כְּאַיָּל תַּעֲרֹג עַל־אֲפִֽיקֵי־מָיִם כֵּן נַפְשִׁי תַעֲרֹג אֵלֶיךָ אֱלֹהִֽים׃
2 Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
צָמְאָה נַפְשִׁי ׀ לֵאלֹהִים לְאֵל חָי מָתַי אָבוֹא וְאֵרָאֶה פְּנֵי אֱלֹהִֽים׃
3 Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
הָיְתָה־לִּי דִמְעָתִי לֶחֶם יוֹמָם וָלָיְלָה בֶּאֱמֹר אֵלַי כׇּל־הַיּוֹם אַיֵּה אֱלֹהֶֽיךָ׃
4 Bunları yadıma salarkən ürəyim üzülür, Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım.
אֵלֶּה אֶזְכְּרָה ׀ וְאֶשְׁפְּכָה עָלַי ׀ נַפְשִׁי כִּי אֶעֱבֹר ׀ בַּסָּךְ אֶדַּדֵּם עַד־בֵּית אֱלֹהִים בְּקוֹל־רִנָּה וְתוֹדָה הָמוֹן חוֹגֵֽג׃
5 Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
מַה־תִּשְׁתּוֹחֲחִי ׀ נַפְשִׁי וַתֶּהֱמִי עָלָי הוֹחִלִי לֵאלֹהִים כִּי־עוֹד אוֹדֶנּוּ יְשׁוּעוֹת פָּנָֽיו׃
6 Köksümdəki qəlbim qırılıb, Ona görə İordan diyarında, Xermon, Misar dağında Səni düşünürəm.
אֱלֹהַי עָלַי נַפְשִׁי תִשְׁתּוֹחָח עַל־כֵּן אֶזְכׇּרְךָ מֵאֶרֶץ יַרְדֵּן וְחֶרְמוֹנִים מֵהַר מִצְעָֽר׃
7 Dərin sular şəlalələrinin səsi ilə Dərin suları çağırdı, Sənin ləpələrin, dalğaların başımdan aşdı.
תְּהוֹם־אֶל־תְּהוֹם קוֹרֵא לְקוֹל צִנּוֹרֶיךָ כׇּֽל־מִשְׁבָּרֶיךָ וְגַלֶּיךָ עָלַי עָבָֽרוּ׃
8 Rəbb mənə gündüz məhəbbət göstərir, Gecə isə həyatımın Allahına Etdiyim dua və ilahi dilimdən düşmür.
יוֹמָם ׀ יְצַוֶּה יְהֹוָה ׀ חַסְדּוֹ וּבַלַּיְלָה שִׁירֹה עִמִּי תְּפִלָּה לְאֵל חַיָּֽי׃
9 Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»
אוֹמְרָה ׀ לְאֵל סַלְעִי לָמָה שְׁכַחְתָּנִי לָֽמָּה־קֹדֵר אֵלֵךְ בְּלַחַץ אוֹיֵֽב׃
10 Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər, Daim mənə «Bəs hanı Allahın?» deyirlər.
בְּרֶצַח ׀ בְּֽעַצְמוֹתַי חֵרְפוּנִי צוֹרְרָי בְּאׇמְרָם אֵלַי כׇּל־הַיּוֹם אַיֵּה אֱלֹהֶֽיךָ׃
11 Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
מַה־תִּשְׁתּוֹחֲחִי ׀ נַפְשִׁי וּֽמַה־תֶּהֱמִי עָלָי הוֹחִילִי לֵאלֹהִים כִּי־עוֹד אוֹדֶנּוּ יְשׁוּעֹת פָּנַי וֵאלֹהָֽי׃

< Zəbur 42 >