< Zəbur 3 >

1 Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb! 2 Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». (Sela) 3 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən! 4 Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. (Sela) 5 Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir. 6 Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram. 7 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan. 8 Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! (Sela)

< Zəbur 3 >