< Zəbur 17 >

1 Davudun duası. Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as.
תפלה לדוד שמעה יהוה צדק-- הקשיבה רנתי האזינה תפלתי בלא שפתי מרמה
2 Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır.
מלפניך משפטי יצא עיניך תחזינה מישרים
3 Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
בחנת לבי פקדת לילה-- צרפתני בל-תמצא זמתי בל-יעבר-פי
4 Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
לפעלות אדם בדבר שפתיך-- אני שמרתי ארחות פריץ
5 Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
תמך אשרי במעגלותיך בל-נמוטו פעמי
6 Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
אני-קראתיך כי-תענני אל הט-אזנך לי שמע אמרתי
7 Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar.
הפלה חסדיך מושיע חוסים-- ממתקוממים בימינך
8 Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla
שמרני כאישון בת-עין בצל כנפיך תסתירני
9 Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
מפני רשעים זו שדוני איבי בנפש יקיפו עלי
10 Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
חלבמו סגרו פימו דברו בגאות
11 İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
אשרינו עתה סבבוני (סבבונו) עיניהם ישיתו לנטות בארץ
12 Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
דמינו--כאריה יכסוף לטרף וככפיר ישב במסתרים
13 Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
קומה יהוה-- קדמה פניו הכריעהו פלטה נפשי מרשע חרבך
14 Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur.
ממתים ידך יהוה ממתים מחלד-- חלקם בחיים וצפינך (וצפונך) תמלא בטנם ישבעו בנים-- והניחו יתרם לעולליהם
15 Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
אני--בצדק אחזה פניך אשבעה בהקיץ תמונתך

< Zəbur 17 >