< Zəbur 15 >

1 Davudun məzmuru. Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar? 2 Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən, 3 Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən, 4 Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən, 5 Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan!

< Zəbur 15 >