< Zəbur 141 >

1 Davudun məzmuru. Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit! 2 Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun! 3 Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru. 4 Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim. 5 Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm. 6 Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin. 7 Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. (Sheol h7585) 8 Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm. 9 Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru. 10 Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.

< Zəbur 141 >