< Zəbur 136 >

1 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
Give ye thanks to Jehovah, For good, for to the age [is] His kindness.
2 Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
Give ye thanks to the God of gods, For to the age [is] His kindness.
3 Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir!
Give ye thanks to the Lord of lords, For to the age [is] His kindness.
4 Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir!
To Him doing great wonders by Himself alone, For to the age [is] His kindness.
5 Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir!
To Him making the heavens by understanding, For to the age [is] His kindness.
6 Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir!
To Him spreading the earth over the waters, For to the age [is] His kindness.
7 Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir!
To Him making great lights, For to the age [is] His kindness.
8 Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir!
The sun to rule by day, For to the age [is] His kindness.
9 Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir!
The moon and stars to rule by night, For to the age [is] His kindness.
10 O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!
To Him smiting Egypt in their first-born, For to the age [is] His kindness.
11 İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!
And bringing forth Israel from their midst, For to the age [is] His kindness.
12 İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir!
By a strong hand, and a stretched-out-arm, For to the age [is] His kindness.
13 Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir!
To Him cutting the sea of Suph into parts, For to the age [is] His kindness,
14 İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir!
And caused Israel to pass through its midst, For to the age [is] His kindness,
15 Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir!
And shook out Pharaoh and his force in the sea of Suph, For to the age [is] His kindness.
16 O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir!
To Him leading His people in a wilderness, For to the age [is] His kindness.
17 O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir!
To Him smiting great kings, For to the age [is] His kindness.
18 O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir!
Yea, He doth slay honourable kings, For to the age [is] His kindness.
19 Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir!
Even Sihon king of the Amorite, For to the age [is] His kindness.
20 Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir!
And Og king of Bashan, For to the age [is] His kindness.
21 Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir!
And He gave their land for inheritance, For to the age [is] His kindness.
22 Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir!
An inheritance to Israel His servant, For to the age [is] His kindness.
23 O, miskin halımızda bizi yaddan çıxarmadı, Çünki məhəbbəti əbədidir!
Who in our lowliness hath remembered us, For to the age [is] His kindness.
24 Bizi düşmən əlindən qurtardı, Çünki məhəbbəti əbədidir!
And He delivereth us from our adversaries, For to the age [is] His kindness.
25 O, bəşəriyyətə ruzi verir, Çünki məhəbbəti əbədidir!
Giving food to all flesh, For to the age [is] His kindness.
26 Göylərin Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
Give ye thanks to the God of the heavens, For to the age [is] His kindness!

< Zəbur 136 >