< Zəbur 133 >

1 Davudun ziyarət nəğməsi. Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq! 2 Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı. 3 Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin.

< Zəbur 133 >