< Zəbur 130 >

1 Ziyarət nəğməsi. Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm. 2 Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə. 3 Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? 4 Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir. 5 Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm. 6 Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər. 7 Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var. 8 Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər!

< Zəbur 130 >