< Zəbur 129 >

1 Ziyarət nəğməsi. Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər. 2 Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər. 3 Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər. 4 Rəbb isə adildir, Pislərin buxovlarını qırdı». 5 Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun! 6 Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar! 7 O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz! 8 Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!»

< Zəbur 129 >