< Zəbur 128 >

1 Ziyarət nəğməsi. Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! 2 Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan. 3 Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək. 4 Rəbdən qorxan insan Belə xeyir-dua alacaq: 5 Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən, 6 Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!

< Zəbur 128 >