< Zəbur 127 >

1 Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. 2 Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər. 3 Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır. 4 İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər. 5 Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.

< Zəbur 127 >