< Zəbur 126 >

1 Ziyarət nəğməsi. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi. 2 Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb». 3 Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb. 4 Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar. 5 Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək. 6 Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

< Zəbur 126 >