< Zəbur 125 >

1 Ziyarət nəğməsi. Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar. 2 Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır. 3 Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı. 4 Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et! 5 Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!

< Zəbur 125 >