< Zəbur 124 >

1 Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı, 2 Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı, 3 Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar, 4 Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı, 5 Azğın sular üstümüzü basardı. 6 Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi. 7 Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu. 8 Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.

< Zəbur 124 >