< Zəbur 123 >

1 Ziyarət nəğməsi. Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. 2 Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik. 3 Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq. 4 Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

< Zəbur 123 >