< Zəbur 122 >

1 Davudun ziyarət nəğməsi. Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim. 2 Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum. 3 Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir. 4 İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər. 5 Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub. 6 Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün! 7 Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!» 8 Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm. 9 Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm.

< Zəbur 122 >