< Zəbur 121 >

1 Ziyarət nəğməsi. Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək? 2 Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək. 3 O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz. 4 Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz. 5 Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir. 6 Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz. 7 Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar. 8 Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.

< Zəbur 121 >