< Zəbur 120 >

1 Ziyarət nəğməsi. Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi. 2 Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar». 3 Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək? 4 Cəngavərin iti oxları ilə, Süpürgə ağacının odlu közləri ilə! 5 Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram! 6 Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir. 7 Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır.

< Zəbur 120 >