< Zəbur 11 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç? 2 Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar. 3 Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər? 4 Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar. 5 Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir. 6 Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq. 7 Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.

< Zəbur 11 >