< Zəbur 100 >

1 Şükran məzmuru. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, 2 Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! 3 Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük. 4 Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin. 5 Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!

< Zəbur 100 >