< Süleymanin Məsəlləri 5 >

1 Oğlum, mənim hikmətimə diqqət yetir, Qulağını müdrik sözlərimə tərəf çevir.
בני לחכמתי הקשיבה לתבונתי הט אזנך׃
2 Onda dərrakəyə bağlanarsan, Dilin biliyi kənara atmaz.
לשמר מזמות ודעת שפתיך ינצרו׃
3 Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır.
כי נפת תטפנה שפתי זרה וחלק משמן חכה׃
4 Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir.
ואחריתה מרה כלענה חדה כחרב פיות׃
5 Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır. (Sheol h7585)
רגליה ירדות מות שאול צעדיה יתמכו׃ (Sheol h7585)
6 Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir.
ארח חיים פן תפלס נעו מעגלתיה לא תדע׃
7 İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın.
ועתה בנים שמעו לי ואל תסורו מאמרי פי׃
8 Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə.
הרחק מעליה דרכך ואל תקרב אל פתח ביתה׃
9 Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən.
פן תתן לאחרים הודך ושנתיך לאכזרי׃
10 Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər.
פן ישבעו זרים כחך ועצביך בבית נכרי׃
11 Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən:
ונהמת באחריתך בכלות בשרך ושארך׃
12 «Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm!
ואמרת איך שנאתי מוסר ותוכחת נאץ לבי׃
13 Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım.
ולא שמעתי בקול מורי ולמלמדי לא הטיתי אזני׃
14 Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim».
כמעט הייתי בכל רע בתוך קהל ועדה׃
15 Öz su anbarından, Öz quyunun içməli suyundan iç.
שתה מים מבורך ונזלים מתוך בארך׃
16 Niyə sənin qaynaqların küçələrə, Su arxların meydanlara axıb getsin?
יפוצו מעינתיך חוצה ברחבות פלגי מים׃
17 Onlar yalnız səninki olsun, Yadlara paylama.
יהיו לך לבדך ואין לזרים אתך׃
18 Qoy çeşmən bərəkətli olsun, Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!
יהי מקורך ברוך ושמח מאשת נעורך׃
19 Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol.
אילת אהבים ויעלת חן דדיה ירוך בכל עת באהבתה תשגה תמיד׃
20 Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, Yad arvadı qoynuna almalısan?
ולמה תשגה בני בזרה ותחבק חק נכריה׃
21 İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır.
כי נכח עיני יהוה דרכי איש וכל מעגלתיו מפלס׃
22 Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.
עוונותיו ילכדנו את הרשע ובחבלי חטאתו יתמך׃
23 Tərbiyəsizliyi üzündən həlak olar, Hədsiz səfehliyi üzündən azar.
הוא ימות באין מוסר וברב אולתו ישגה׃

< Süleymanin Məsəlləri 5 >