< Süleymanin Məsəlləri 13 >

1 Hikmətli oğul ata tərbiyəsinə qulaq asar, Rişxəndçi iradı qulaq ardına vurar.
בן חכם מוסר אב ולץ לא שמע גערה׃
2 İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər, Xain zorakılıq istər.
מפרי פי איש יאכל טוב ונפש בגדים חמס׃
3 Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar.
נצר פיו שמר נפשו פשק שפתיו מחתה לו׃
4 Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar.
מתאוה ואין נפשו עצל ונפש חרצים תדשן׃
5 Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər.
דבר שקר ישנא צדיק ורשע יבאיש ויחפיר׃
6 Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar.
צדקה תצר תם דרך ורשעה תסלף חטאת׃
7 Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir.
יש מתעשר ואין כל מתרושש והון רב׃
8 Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz.
כפר נפש איש עשרו ורש לא שמע גערה׃
9 Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər.
אור צדיקים ישמח ונר רשעים ידעך׃
10 Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var.
רק בזדון יתן מצה ואת נועצים חכמה׃
11 Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar.
הון מהבל ימעט וקבץ על יד ירבה׃
12 Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır.
תוחלת ממשכה מחלה לב ועץ חיים תאוה באה׃
13 Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər.
בז לדבר יחבל לו וירא מצוה הוא ישלם׃
14 Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
תורת חכם מקור חיים לסור ממקשי מות׃
15 Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır.
שכל טוב יתן חן ודרך בגדים איתן׃
16 Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir.
כל ערום יעשה בדעת וכסיל יפרש אולת׃
17 Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər.
מלאך רשע יפל ברע וציר אמונים מרפא׃
18 Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər.
ריש וקלון פורע מוסר ושומר תוכחת יכבד׃
19 Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər.
תאוה נהיה תערב לנפש ותועבת כסילים סור מרע׃
20 Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar.
הלוך את חכמים וחכם ורעה כסילים ירוע׃
21 Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var.
חטאים תרדף רעה ואת צדיקים ישלם טוב׃
22 Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.
טוב ינחיל בני בנים וצפון לצדיק חיל חוטא׃
23 Yoxsulların əkini bol bəhrə versə də, Ədalət olmayan yerdə bada gedər.
רב אכל ניר ראשים ויש נספה בלא משפט׃
24 Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, Oğlunu sevən ona düzgün tərbiyə verər.
חושך שבטו שונא בנו ואהבו שחרו מוסר׃
25 Saleh yeyib doyar, Şər adamsa ac qalar.
צדיק אכל לשבע נפשו ובטן רשעים תחסר׃

< Süleymanin Məsəlləri 13 >