< Filipililərə 1 >

1 Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam!
מאת פולוס וטימותיוס, עבדי ישוע המשיח. אל ראשי הקהילות, אל בעלי התפקידים השונים בקהילות ואל כל המאמינים המשיחיים בעיר פיליפי.
2 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
מי ייתן שאלוהים יברך את כולכם. כן, אני מתפלל שאבינו ואדוננו יברך כל אחד מכם בברכה מיוחדת, וימלא אתכם בשלום ובשלווה.
3 Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm.
בכל פעם שאני מתפלל בעדכם אני מודה לאלוהים מעומק לבי,
4 Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm.
ונמלא שמחה על עזרתכם הנפלאה בהפצת הבשורה על ישוע המשיח, מהיום הראשון ששמעתם עליו ועד היום.
5 Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz.
6 Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
אני בטוח שאלוהים ימשיך לעזור לכם לגדול ולהתחזק באמונתכם, וישלים את העבודה הטובה שהחל בכם עד יום שובו של ישוע המשיח.
7 Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz.
אין פלא שאני אוהב אתכם כל־כך, שהרי שמור לכם בלבי מקום מיוחד. יחד סיפרנו על ישוע המשיח, ואלוהים ברך בנו את עדותנו.
8 Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm.
אלוהים לבדו יודע עד כמה אני מתגעגע אליכם ועד כמה אני אוהב אתכם.
9 Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,
אני מתפלל שה׳ ימלא אתכם באהבה רבה לזולתכם, ושיעזור לכם לגדול ולהתפתח בהבנה ובידע רוחני,
10 siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
כי ברצוני שתדעו תמיד להבחין בין טוב לרע, ושיהיה לכם מצפון נקי. אל תתנו סיבה לאיש למתוח עליכם ביקורת, מעתה ועד שובו של אדוננו.
עשו תמיד מעשים טובים אשר יוכיחו לעולם כי בני אלוהים אתם, וכך יביאו מעשיכם כבוד ותהילה לאלוהים.
12 Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı.
דעו לכם, אחים יקרים, כי כל מה שקרה לי כאן בכלא עזר מאוד בהפצת הבשורה על ישוע המשיח.
13 Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam.
הן כל אחד יודע כאן (כולל חיילי הארמון) שאני יושב בכלא רק משום שאני מאמין כי ישוע הוא המשיח.
14 Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi.
כתוצאה ממאסרי חדלו מאמינים רבים לפחד ממאסר אפשרי. סבלנותי עודדה אותם, ועדותם למען המשיח נעשית אמיצה והחלטית יותר.
15 Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər.
יש אנשים שמבשרים את הבשורה רק מתוך קנאה בדרך שבה אלוהים משתמש בי. אנשים אלה שואפים לתדמית של מטיפים אמיצים! ואילו אחרים מבשרים את הבשורה מתוך מניעים טהורים –
16 Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm.
מתוך אהבתם אלי. הם יודעים שאלוהים הביאני לכאן כדי שיוכל להשתמש בי להגן על האמת. יש גם המעוניינים לעורר את קנאתי; הם חושבים כי הצלחתם בהפצת הבשורה תוסיף על סבלי כאן בכלא!
17 Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər.
18 Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm,
אך למעשה כלל לא אכפת לי מה המניעים שלהם. אני שמח שהם מפיצים את הבשורה על ישוע המשיח, וזה העיקר.
19 çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq.
אני ממשיך לשמוח ואיני מתייאש, כי אני יודע שבתשובה לתפילותיכם, ובעזרת רוח הקודש, יסתדר הכול על הצד הטוב ביותר.
20 Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm.
אני מאמין ומקווה שלעולם לא אעשה מעשה שיגרום לי להתבייש בעצמי, אלא שאהיה תמיד מוכן לספר לכל אחד על ישוע המשיח בביטחון, כפי שנהגתי בעבר, ואני מקווה שאביא תמיד כבוד למשיח – בחיי או במותי.
21 Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır.
עבורי לחיות פירושו לשרת את המשיח, ואילו מוות – בגדר רווח.
22 Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm.
אך אם בחיי אוכל להביא עוד אנשים לאמונה במשיח, שוב איני יודע מה עדיף על מה, לחיות או למות!
23 Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır.
לפעמים אני רוצה לחיות ולפעמים אני רוצה למות, שכן אני נכסף להיות עם המשיח, וברור שאני מעדיף להיות איתו.
24 Amma sağ qalmağım sizin üçün daha lazımlıdır.
אך למעשה אביא לכם תועלת רבה יותר אם אשאר בחיים.
25 Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz.
עדיין יש בי צורך בעולם הזה, ולכן אני בטוח שאשאר בחיים עוד זמן מה, כדי שאוכל לעזור לכם לגדול ולשמוח באמונתכם.
26 Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın.
כאשר אשוב לבקר אתכם, תהיה לכם סיבה לשמוח ולהודות לישוע המשיח על שהשאירני בחיים.
27 Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz
יקרה אשר יקרה, זכרו תמיד שעליכם לחיות כיאה למאמינים משיחיים, כך שאם אשוב לראותכם אם לאו, אמשיך לשמוע שכולכם מאוחדים במטרה נעלה אחת: להפיץ את בשורת האלוהים
28 və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir.
ללא פחד מאויביכם, ולא משנה מה יעשו לכם. הם יראו בהתנהגותכם האמיצה אות לכישלונם, ואילו לכם יהיה זה סימן ברור מאלוהים – סימן שמאשר כי אלוהים אתכם וכי נתן לכם חיי נצח!
29 Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu.
שהרי ניתנה לכם הזכות לא רק לבטוח בו אלא גם לסבול למענו.
30 Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.
כולנו נמצאים יחד במערכה זאת. ראיתם כיצד סבלתי בעבר למען המשיח, וכפי שאתם רואים אני עדיין נמצא בעיצומו של מאבק גדול וקשה.

< Filipililərə 1 >