< Filimona 1 >

1 Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona,
παυλος δεσμιος χριστου ιησου και τιμοθεος ο αδελφος φιλημονι τω αγαπητω και συνεργω ημων
2 bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam!
και απφια τη αγαπητη και αρχιππω τω συστρατιωτη ημων και τη κατ οικον σου εκκλησια
3 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
χαρις υμιν και ειρηνη απο θεου πατρος ημων και κυριου ιησου χριστου
4 Dualarımda səni yada salıram və Allaha daima şükür edirəm.
ευχαριστω τω θεω μου παντοτε μνειαν σου ποιουμενος επι των προσευχων μου
5 Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm.
ακουων σου την αγαπην και την πιστιν ην εχεις προς τον κυριον ιησουν και εις παντας τους αγιους
6 Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm.
οπως η κοινωνια της πιστεως σου ενεργης γενηται εν επιγνωσει παντος αγαθου του εν ημιν εις χριστον ιησουν
7 Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi.
χαριν γαρ εχομεν πολλην και παρακλησιν επι τη αγαπη σου οτι τα σπλαγχνα των αγιων αναπεπαυται δια σου αδελφε
8 Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da,
διο πολλην εν χριστω παρρησιαν εχων επιτασσειν σοι το ανηκον
9 indi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram.
δια την αγαπην μαλλον παρακαλω τοιουτος ων ως παυλος πρεσβυτης νυνι δε και δεσμιος ιησου χριστου
10 Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var.
παρακαλω σε περι του εμου τεκνου ον εγεννησα εν τοις δεσμοις μου ονησιμον
11 O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır.
τον ποτε σοι αχρηστον νυνι δε σοι και εμοι ευχρηστον ον ανεπεμψα
12 Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm.
συ δε αυτον τουτ εστιν τα εμα σπλαγχνα προσλαβου
13 Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim.
ον εγω εβουλομην προς εμαυτον κατεχειν ινα υπερ σου διακονη μοι εν τοις δεσμοις του ευαγγελιου
14 Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.
χωρις δε της σης γνωμης ουδεν ηθελησα ποιησαι ινα μη ως κατα αναγκην το αγαθον σου η αλλα κατα εκουσιον
15 Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, (aiōnios g166)
ταχα γαρ δια τουτο εχωρισθη προς ωραν ινα αιωνιον αυτον απεχης (aiōnios g166)
16 artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır.
ουκετι ως δουλον αλλ υπερ δουλον αδελφον αγαπητον μαλιστα εμοι ποσω δε μαλλον σοι και εν σαρκι και εν κυριω
17 İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et.
ει ουν με εχεις κοινωνον προσλαβου αυτον ως εμε
18 Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz.
ει δε τι ηδικησεν σε η οφειλει τουτο εμοι ελλογει
19 Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm.
εγω παυλος εγραψα τη εμη χειρι εγω αποτισω ινα μη λεγω σοι οτι και σεαυτον μοι προσοφειλεις
20 Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir.
ναι αδελφε εγω σου οναιμην εν κυριω αναπαυσον μου τα σπλαγχνα εν κυριω
21 İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən.
πεποιθως τη υπακοη σου εγραψα σοι ειδως οτι και υπερ ο λεγω ποιησεις
22 Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam.
αμα δε και ετοιμαζε μοι ξενιαν ελπιζω γαρ οτι δια των προσευχων υμων χαρισθησομαι υμιν
23 Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra,
ασπαζεται σε επαφρας ο συναιχμαλωτος μου εν χριστω ιησου
24 əməkdaşlarım Mark, Aristarx, Dima, Luka da sənə salam göndərir.
μαρκος αρισταρχος δημας λουκας οι συνεργοι μου
25 Rəbb İsa Məsihin lütfü sizin ruhunuza yar olsun!
η χαρις του κυριου ημων ιησου χριστου μετα του πνευματος υμων αμην

< Filimona 1 >