< Saylar 13 >

1 Rəbb Musaya dedi:
耶和華曉諭摩西說:
2 «İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər».
「你打發人去窺探我所賜給以色列人的迦南地,他們每支派中要打發一個人,都要作首領的。」
3 Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır.
摩西就照耶和華的吩咐從巴蘭的曠野打發他們去;他們都是以色列人的族長。
4 Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua;
他們的名字:屬呂便支派的有撒刻的兒子沙母亞。
5 Şimeon qəbiləsindən Xori oğlu Şafat;
屬西緬支派的有何利的兒子沙法。
6 Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev;
屬猶大支派的有耶孚尼的兒子迦勒。
7 İssakar qəbiləsindən Yusif oğlu İqal;
屬以薩迦支派的有約色的兒子以迦。
8 Efrayim qəbiləsindən Nun oğlu Huşə;
屬以法蓮支派的有嫩的兒子何希阿。
9 Binyamin qəbiləsindən Rafu oğlu Palti;
屬便雅憫支派的有拉孚的兒子帕提。
10 Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel;
屬西布倫支派的有梭底的兒子迦疊。
11 Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi;
約瑟的子孫,屬瑪拿西支派的有穌西的兒子迦底。
12 Dan qəbiləsindən Gemalli oğlu Ammiel;
屬但支派的有基瑪利的兒子亞米利。
13 Aşer qəbiləsindən Mikael oğlu Setur;
屬亞設支派的有米迦勒的兒子西帖。
14 Naftali qəbiləsindən Vofsi oğlu Naxbi;
屬拿弗他利支派的有縛西的兒子拿比。
15 Qad qəbiləsindən Maki oğlu Geuel.
屬迦得支派的有瑪基的兒子臼利。
16 Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi.
這就是摩西所打發、窺探那地之人的名字。摩西就稱嫩的兒子何希阿為約書亞。
17 Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın.
摩西打發他們去窺探迦南地,說:「你們從南地上山地去,
18 Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu?
看那地如何,其中所住的民是強是弱,是多是少,
19 Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı?
所住之地是好是歹,所住之處是營盤是堅城。
20 Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi.
又看那地土是肥美是瘠薄,其中有樹木沒有。你們要放開膽量,把那地的果子帶些來。」(那時正是葡萄初熟的時候。)
21 Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər.
他們上去窺探那地,從尋的曠野到利合,直到哈馬口。
22 Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi.
他們從南地上去,到了希伯崙;在那裏有亞衲族人亞希幔、示篩、撻買。(原來希伯崙城被建造比埃及的鎖安城早七年。)
23 Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar.
他們到了以實各谷,從那裏砍了葡萄樹的一枝,上頭有一掛葡萄,兩個人用槓抬着,又帶了些石榴和無花果來。(
24 İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi.
因為以色列人從那裏砍來的那掛葡萄,所以那地方叫做以實各谷。)
25 Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar.
過了四十天,他們窺探那地才回來,
26 Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.
到了巴蘭曠野的加低斯,見摩西、亞倫,並以色列的全會眾,回報摩西、亞倫,並全會眾,又把那地的果子給他們看;
27 Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri!
又告訴摩西說:「我們到了你所打發我們去的那地,果然是流奶與蜜之地;這就是那地的果子。
28 Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük.
然而住那地的民強壯,城邑也堅固寬大,並且我們在那裏看見了亞衲族的人。
29 Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar».
亞瑪力人住在南地;赫人、耶布斯人、亞摩利人住在山地;迦南人住在海邊並約旦河旁。」
30 Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik».
迦勒在摩西面前安撫百姓,說:「我們立刻上去得那地吧!我們足能得勝。」
31 Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər».
但那些和他同去的人說:「我們不能上去攻擊那民,因為他們比我們強壯。」
32 Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur.
探子中有人論到所窺探之地,向以色列人報惡信,說:「我們所窺探、經過之地是吞吃居民之地,我們在那裏所看見的人民都身量高大。
33 Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük».
我們在那裏看見亞衲族人,就是偉人;他們是偉人的後裔。據我們看,自己就如蚱蜢一樣;據他們看,我們也是如此。」

< Saylar 13 >