< Matta 28 >

1 Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər.
안식일이 다하여 가고 안식 후 첫날이 되려는 미명에 막달라 마리아와 다른 마리아가 무덤을 보려고 왔더니
2 Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu.
큰 지진이 나며 주의 천사가 하늘로서 내려와 돌을 굴려 내고 그 위에 앉았는데
3 Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi.
그 형상이 번개 같고 그 옷은 눈같이 희거늘
4 Keşikçilər qorxudan titrəyib ölü kimi oldular.
수직하던 자들이 저를 무서워하여 떨며 죽은 사람과 같이 되었더라
5 Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm.
천사가 여자들에게 일러 가로되 `너희는 무서워 말라! 십자가에 못 박히신 예수를 너희가 찾는 줄을 내가 아노라
6 O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün.
그가 여기 계시지 않고 그의 말씀하시던 대로 살아나셨느니라! 와서 그의 누우셨던 곳을 보라
7 Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim».
또 빨리 가서 그의 제자들에게 이르되 그가 죽은 자 가운데서 살아나셨고 너희보다 먼저 갈릴리로 가시나니 거기서 너희가 뵈오리라 하라 보라 내가 너희에게 일렀느니라' 하거늘
8 Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar.
그 여자들이 무서움과 큰 기쁨으로 무덤을 빨리 떠나 제자들에게 알게하려고 달음질할새
9 Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar.
예수께서 저희를 만나 가라사대 평안하뇨? 하시거늘 여자들이 나아가 그 발을 붙잡고 경배하니
10 İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».
이에 예수께서 가라사대 무서워 말라! 가서 내 형제들에게 갈릴리로 가라 하라 거기서 나를 보리라 하시니라
11 Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər.
여자들이 갈 제 파숫군 중 몇이 성에 들어가 모든 된 일을 대제 사장들에게 고하니
12 Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər:
그들이 장로들과 함께 모여 의논하고 군병들에게 돈을 많이 주며
13 «Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar.
가로되 `너희는 말하기를 그의 제자들이 밤에 와서 우리가 잘 때에 그를 도적질하여 갔다 하라
14 Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq».
만일 이 말이 총독에게 들리면 우리가 권하여 너희로 근심되지 않게 하리라' 하니
15 Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.
군병들이 돈을 받고 가르친대로 하였으니 이 말이 오늘날까지 유대인 가운데 두루 퍼지니라
16 On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi.
열 한 제자가 갈릴리에 가서 예수의 명하시던 산에 이르러
17 İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi.
예수를 뵈옵고 경배하나 오히려 의심하는 자도 있더라
18 İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.
예수께서 나아와 일러 가라사대 하늘과 땅의 모든 권세를 내게 주셨으니
19 Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin;
그러므로 너희는 가서 모든 족속으로 제자를 삼아 아버지와 아들과 성령의 이름으로 세례를 주고
20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». (aiōn g165)
내가 너희에게 분부한 모든 것을 가르쳐 지키게 하라 볼지어다! 내가 세상 끝날까지 너희와 항상 함께 있으리라! 하시니라 (aiōn g165)

< Matta 28 >