< Matta 13 >

1 O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu.
当那一天,耶稣从房子里出来,坐在海边。
2 Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu.
有许多人到他那里聚集,他只得上船坐下,众人都站在岸上。
3 İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı.
他用比喻对他们讲许多道理,说:“有一个撒种的出去撒种;
4 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.
撒的时候,有落在路旁的,飞鸟来吃尽了;
5 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.
有落在土浅石头地上的,土既不深,发苗最快,
6 Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu.
日头出来一晒,因为没有根,就枯干了;
7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu.
有落在荆棘里的,荆棘长起来,把它挤住了;
8 Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi.
又有落在好土里的,就结实,有一百倍的,有六十倍的,有三十倍的。
9 Qulağı olan eşitsin!»
有耳可听的,就应当听!”
10 Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?»
门徒进前来,问耶稣说:“对众人讲话,为什么用比喻呢?”
11 O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.
耶稣回答说:“因为天国的奥秘只叫你们知道,不叫他们知道。
12 Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq.
凡有的,还要加给他,叫他有余;凡没有的,连他所有的,也要夺去。
13 Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”.
所以我用比喻对他们讲,是因他们看也看不见,听也听不见,也不明白。
14 Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
在他们身上,正应了以赛亚的预言,说: 你们听是要听见,却不明白; 看是要看见,却不晓得;
15 Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”.
因为这百姓油蒙了心, 耳朵发沉, 眼睛闭着, 恐怕眼睛看见, 耳朵听见, 心里明白,回转过来, 我就医治他们。
16 Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir!
“但你们的眼睛是有福的,因为看见了;你们的耳朵也是有福的,因为听见了。
17 Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.
我实在告诉你们,从前有许多先知和义人要看你们所看的,却没有看见,要听你们所听的,却没有听见。”
18 İndi əkinçi barədə məsəlin izahını dinləyin:
“所以,你们当听这撒种的比喻。
19 kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur.
凡听见天国道理不明白的,那恶者就来,把所撒在他心里的夺了去;这就是撒在路旁的了。
20 Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir.
撒在石头地上的,就是人听了道,当下欢喜领受,
21 Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır.
只因心里没有根,不过是暂时的,及至为道遭了患难,或是受了逼迫,立刻就跌倒了。
22 Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. (aiōn g165)
撒在荆棘里的,就是人听了道,后来有世上的思虑、钱财的迷惑把道挤住了,不能结实。 (aiōn g165)
23 Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».
撒在好地上的,就是人听道明白了,后来结实,有一百倍的,有六十倍的,有三十倍的。”
24 İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir.
耶稣又设个比喻对他们说:“天国好像人撒好种在田里,
25 Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi.
及至人睡觉的时候,有仇敌来,将稗子撒在麦子里就走了。
26 Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü.
到长苗吐穗的时候,稗子也显出来。
27 Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?”
田主的仆人来告诉他说:‘主啊,你不是撒好种在田里吗?从哪里来的稗子呢?’
28 O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?”
主人说:‘这是仇敌做的。’仆人说:‘你要我们去薅出来吗?’
29 O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız.
主人说:‘不必,恐怕薅稗子,连麦子也拔出来。
30 Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”».
容这两样一齐长,等着收割。当收割的时候,我要对收割的人说,先将稗子薅出来,捆成捆,留着烧;惟有麦子要收在仓里。’”
31 İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir.
他又设个比喻对他们说:“天国好像一粒芥菜种,有人拿去种在田里。
32 Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».
这原是百种里最小的,等到长起来,却比各样的菜都大,且成了树,天上的飞鸟来宿在它的枝上。”
33 İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
他又对他们讲个比喻说:“天国好像面酵,有妇人拿来,藏在三斗面里,直等全团都发起来。”
34 İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki,
这都是耶稣用比喻对众人说的话;若不用比喻,就不对他们说什么。
35 peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, Dünya yaranandan bəri Gizli qalan şeyləri bəyan edəcəyəm».
这是要应验先知的话,说: 我要开口用比喻, 把创世以来所隐藏的事发明出来。
36 O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et».
当下,耶稣离开众人,进了房子。他的门徒进前来,说:“请把田间稗子的比喻讲给我们听。”
37 Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur.
他回答说:“那撒好种的就是人子;
38 Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır.
田地就是世界;好种就是天国之子;稗子就是那恶者之子;
39 Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. (aiōn g165)
撒稗子的仇敌就是魔鬼;收割的时候就是世界的末了;收割的人就是天使。 (aiōn g165)
40 Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. (aiōn g165)
将稗子薅出来用火焚烧,世界的末了也要如此。 (aiōn g165)
41 Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq
人子要差遣使者,把一切叫人跌倒的和作恶的,从他国里挑出来,
42 və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq.
丢在火炉里;在那里必要哀哭切齿了。
43 O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
那时,义人在他们父的国里,要发出光来,像太阳一样。有耳可听的,就应当听!”
44 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.
“天国好像宝贝藏在地里,人遇见了就把它藏起来,欢欢喜喜地去变卖一切所有的,买这块地。
45 Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir.
天国又好像买卖人寻找好珠子,
46 O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.
遇见一颗重价的珠子,就去变卖他一切所有的,买了这颗珠子。
47 Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir.
天国又好像网撒在海里,聚拢各样水族,
48 Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar.
网既满了,人就拉上岸来,坐下,拣好的收在器具里,将不好的丢弃了。
49 Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. (aiōn g165)
世界的末了也要这样。天使要出来,从义人中把恶人分别出来, (aiōn g165)
50 Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».
丢在火炉里;在那里必要哀哭切齿了。”
51 İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər.
耶稣说:“这一切的话你们都明白了吗?”他们说:“我们明白了。”
52 İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».
他说:“凡文士受教作天国的门徒,就像一个家主从他库里拿出新旧的东西来。”
53 İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.
耶稣说完了这些比喻,就离开那里,
54 Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır?
来到自己的家乡,在会堂里教训人,甚至他们都希奇,说:“这人从哪里有这等智慧和异能呢?
55 Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi?
这不是木匠的儿子吗?他母亲不是叫马利亚吗?他弟兄们不是叫雅各、约西、西门、犹大吗?
56 Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?»
他妹妹们不是都在我们这里吗?这人从哪里有这一切的事呢?”
57 Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar».
他们就厌弃他。耶稣对他们说:“大凡先知,除了本地本家之外,没有不被人尊敬的。”
58 İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.
耶稣因为他们不信,就在那里不多行异能了。

< Matta 13 >