< Mark 16 >

1 Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.
અથ વિશ્રામવારે ગતે મગ્દલીની મરિયમ્ યાકૂબમાતા મરિયમ્ શાલોમી ચેમાસ્તં મર્દ્દયિતું સુગન્ધિદ્રવ્યાણિ ક્રીત્વા
2 Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.
સપ્તાહપ્રથમદિનેઽતિપ્રત્યૂષે સૂર્ય્યોદયકાલે શ્મશાનમુપગતાઃ|
3 Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»
કિન્તુ શ્મશાનદ્વારપાષાણોઽતિબૃહન્ તં કોઽપસારયિષ્યતીતિ તાઃ પરસ્પરં ગદન્તિ!
4 Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.
એતર્હિ નિરીક્ષ્ય પાષાણો દ્વારો ઽપસારિત ઇતિ દદૃશુઃ|
5 Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.
પશ્ચાત્તાઃ શ્મશાનં પ્રવિશ્ય શુક્લવર્ણદીર્ઘપરિચ્છદાવૃતમેકં યુવાનં શ્મશાનદક્ષિણપાર્શ્વ ઉપવિષ્ટં દૃષ્ટ્વા ચમચ્ચક્રુઃ|
6 Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.
સોઽવદત્, માભૈષ્ટ યૂયં ક્રુશે હતં નાસરતીયયીશું ગવેષયથ સોત્ર નાસ્તિ શ્મશાનાદુદસ્થાત્; તૈ ર્યત્ર સ સ્થાપિતઃ સ્થાનં તદિદં પશ્યત|
7 İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».
કિન્તુ તેન યથોક્તં તથા યુષ્માકમગ્રે ગાલીલં યાસ્યતે તત્ર સ યુષ્માન્ સાક્ષાત્ કરિષ્યતે યૂયં ગત્વા તસ્ય શિષ્યેભ્યઃ પિતરાય ચ વાર્ત્તામિમાં કથયત|
8 Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.
તાઃ કમ્પિતા વિસ્તિતાશ્ચ તૂર્ણં શ્મશાનાદ્ બહિર્ગત્વા પલાયન્ત ભયાત્ કમપિ કિમપિ નાવદંશ્ચ|
9 (note: The most reliable and earliest manuscripts do not include Mark 16:9-20.) İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.
(note: The most reliable and earliest manuscripts do not include Mark 16:9-20.) અપરં યીશુઃ સપ્તાહપ્રથમદિને પ્રત્યૂષે શ્મશાનાદુત્થાય યસ્યાઃ સપ્તભૂતાસ્ત્યાજિતાસ્તસ્યૈ મગ્દલીનીમરિયમે પ્રથમં દર્શનં દદૌ|
10 Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.
તતઃ સા ગત્વા શોકરોદનકૃદ્ભ્યોઽનુગતલોકેભ્યસ્તાં વાર્ત્તાં કથયામાસ|
11 Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.
કિન્તુ યીશુઃ પુનર્જીવન્ તસ્યૈ દર્શનં દત્તવાનિતિ શ્રુત્વા તે ન પ્રત્યયન્|
12 Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.
પશ્ચાત્ તેષાં દ્વાયો ર્ગ્રામયાનકાલે યીશુરન્યવેશં ધૃત્વા તાભ્યાં દર્શન દદૌ!
13 Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.
તાવપિ ગત્વાન્યશિષ્યેભ્યસ્તાં કથાં કથયાઞ્ચક્રતુઃ કિન્તુ તયોઃ કથામપિ તે ન પ્રત્યયન્|
14 Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.
શેષત એકાદશશિષ્યેષુ ભોજનોપવિષ્ટેષુ યીશુસ્તેભ્યો દર્શનં દદૌ તથોત્થાનાત્ પરં તદ્દર્શનપ્રાપ્તલોકાનાં કથાયામવિશ્વાસકરણાત્ તેષામવિશ્વાસમનઃકાઠિન્યાભ્યાં હેતુભ્યાં સ તાંસ્તર્જિતવાન્|
15 İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.
અથ તાનાચખ્યૌ યૂયં સર્વ્વજગદ્ ગત્વા સર્વ્વજનાન્ પ્રતિ સુસંવાદં પ્રચારયત|
16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.
તત્ર યઃ કશ્ચિદ્ વિશ્વસ્ય મજ્જિતો ભવેત્ સ પરિત્રાસ્યતે કિન્તુ યો ન વિશ્વસિષ્યતિ સ દણ્ડયિષ્યતે|
17 İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,
કિઞ્ચ યે પ્રત્યેષ્યન્તિ તૈરીદૃગ્ આશ્ચર્ય્યં કર્મ્મ પ્રકાશયિષ્યતે તે મન્નામ્ના ભૂતાન્ ત્યાજયિષ્યન્તિ ભાષા અન્યાશ્ચ વદિષ્યન્તિ|
18 ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».
અપરં તૈઃ સર્પેષુ ધૃતેષુ પ્રાણનાશકવસ્તુનિ પીતે ચ તેષાં કાપિ ક્ષતિ ર્ન ભવિષ્યતિ; રોગિણાં ગાત્રેષુ કરાર્પિતે તેઽરોગા ભવિષ્યન્તિ ચ|
19 Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.
અથ પ્રભુસ્તાનિત્યાદિશ્ય સ્વર્ગં નીતઃ સન્ પરમેશ્વરસ્ય દક્ષિણ ઉપવિવેશ|
20 Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.
તતસ્તે પ્રસ્થાય સર્વ્વત્ર સુસંવાદીયકથાં પ્રચારયિતુમારેભિરે પ્રભુસ્તુ તેષાં સહાયઃ સન્ પ્રકાશિતાશ્ચર્ય્યક્રિયાભિસ્તાં કથાં પ્રમાણવતીં ચકાર| ઇતિ|

< Mark 16 >