< Mark 14 >

1 Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar.
Була ж пасха й опрісноки по двох днях; і шукали архиєреї, та письменники, як би Його, підступом узявши, вбити.
2 Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
Та казали: Тільки не в сьвято, щоб бучі не було в народі.
3 İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü.
А як був Він у Витаниї, в господї Симона прокаженного, та сидїв за столом, прийшла жінка, маючи любастровий збаночок мира нардового, правдивого, предорогого, й розбивши посудинку, злила Йому на голову.
4 Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur?
Були ж деякі, що сердились у собі, кажучи: На що ся втрата мира?
5 Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar.
Можна бо було се продати більш нїж за триста денариїв, та дати вбогим. І дорекали їй.
6 Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.
Ісус же рече: Оставте її. На що завдаєте їй жалю? добре діло вчинила на мені.
7 Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam.
Всякого бо часу вбогих маєте з собою, і коли схочете, можете їм добро робити; мене ж не всякого часу маєте.
8 Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.
Що змогла ся, зробила: попередила намастити тіло мов на погребеннє.
9 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».
Істино глаголю вам: Де б нї проповідувалась євангелия ся по всьому сьвіту, казати меть ся й те, що зробила оця, на спомин її.
10 O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi.
А Юда Іскариоцький, один з дванайцятьох, пійшов до архиєреїв, щоб їм зрадити Його.
11 Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
Вони ж почувши, зраділи, й обіцяли йому срібняків дати. І шукав, як би у добру годину Його зрадити.
12 Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»
І первого дня опрісночного, як пасхове ягня кололи, кажуть Йому ученики Його: Де хочеш, щоб пійшовши, наготовили Тобі їсти пасху?
13 İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin.
І посилає двох з учеників своїх, і рече їм: Ідіть у город, і зустріне вас чоловік, несучи глек води; йдіть за ним,
14 O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”
і куди ввійде він, скажіть господареві: Що учитель каже: Де сьвітлиця, щоб пасху з учениками моїми менї їсти?
15 Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».
І він вам покаже гірницю простору, прибрану й готову; там приготовте нам.
16 Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.
І вийшли ученики Його, й прийшли в город, й знайшли, як Він сказав їм, і приготовили пасху.
17 Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.
І, як настав вечір, приходить з дванайдятьма.
18 Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».
І, як сидїли вони за столом та їли, рече Ісус: Істино глаголю вам: Що один з вас зрадить мене, котрий їсть зо мною.
19 Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»
Вони ж почали смутити ся і казати до Него один по одному: Ажеж не я? і другий: Аже ж не я?
20 İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.
Він же, озвавшись, рече їм: Один з дванайцяти, що вмочає зо мною руку в миску.
21 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».
Син чоловічий іде, як писано про Него; горе ж чоловікові тому, що Сина чоловічого зрадить! Добре було б йому, коли б не родив ся чоловік той.
22 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».
Як же їли вони, взявши Ісус хлїб і поблагословивши, ламав і давав їм, і рече: Прийміть їжте: се єсть гїло моє.
23 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi.
І, взявши чашу, й оддавши хвалу, подав їм, і пили з неї всі.
24 İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
І рече їм: Се єсть кров моя нового завіту, що за многих проливаєть ся.
25 Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».
Істино глаголю вам: Що більше не пити му від плоду винограднього, аж до дня того, коли його пити му новим у царстві Божому.
26 Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.
І засьпівавши вони, вийшли на гору Оливну.
27 İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”.
І рече їм Ісус: Що всї поблазнитесь мною ночи сієї, бо писано: Поражу пастиря і розсиплють ся вівці.
28 Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».
Тільки ж по воскресенню моїм попереджу вас у Галилею.
29 Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm».
Петр же рече Йому: Хоч і всі поблазнять ся, тільки не я.
30 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».
І рече йому Ісус: Істино глаголю тобі: Що сьогодні, ночи сієї, перш ніж двічи півень запїє, тричі відречеш ся мене.
31 Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.
Він же ще більш говорив: Хоч-би мені і вмерти з Тобою, не відречусь Тебе. Так само ж і всі казали.
32 Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın».
І приходять на врочище Гетсиман; і рече ученикам своїм: Сидіть тут, поки молити мусь.
33 O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı.
І бере Петра, та Якова, та Йоана з собою, і почав скорбіти та вдаватись у тугу;
34 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».
і рече їм: Тяжко сумна душа моя аж до смерти. Підождіть тут і пильнуйте.
35 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin.
І, пройшовши трохи далїй, припав до землі, і молив ся, щоб, коли можна, мимо йшла від Него ся година.
36 O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
І рече: Авва, Отче, все можливе Тобі: мимо неси від мене чащу сю - тільки ж не що я хочу, а що Ти.
37 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin?
І приходить і знаходить їх сплячих, і рече до Петра: Симоне, ти спиш? не міг ти однієї години попильнувати?
38 Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».
Пильнуйте та молїть ся, щоб не ввійшли у спокусу. Дух-то охочий, тіло ж немошне.
39 İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi.
І знов пійшовши, молив ся, те ж саме слово промовляючи.
40 Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər.
І вернувшись знайшов їх знов сплячих: були бо їх очі важкі; і не знали вони, що Йому відказати.
41 İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur.
І приходить утретє, і рече їм: Спіть уже й спочивайте. Годі, пристигла година; ось виданий буде Сиа чоловічий у руки грішникам.
42 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
Вставайте, ходімо: ось зрадник мій наближуєть ся.
43 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi.
І зараз, як ще Він промовляв, приходить Юда, один з дванадцяти, й з ним багато народу з мечами й киями, від архиєреїв, та письменників, та старших.
44 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın».
Дав же зрадник Його знак їм, говорячи: кого поцілую, той і єсть Він; беріть Його, та й ведіть осторожно.
45 O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü.
І прийшовши, зараз приступив до Него, й каже; Учителю, учителю, та й поцілував Його.
46 Yanındakı adamlar əl atıb İsanı tutdular.
Вони ж наложили на Него руки свої, і взяли Його.
47 İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.
Один же хтось із тих, що стояли, вихопивши меча, вдарив слугу архиєрейського, й відтяв йому ухо.
48 İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz?
І озвавшись Ісус, рече їм: Чи се як на розбійника вийшли ви з мечами та киями брати мене?
49 Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin».
Що-дня був я з вами в церкві навчаючи, й не брали ви мене; та щоб справдились писання.
50 Onda hamı İsanı atıb qaçdı.
І, покинувши Його, всі повтікали.
51 Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar.
А один якийся молодець ійшов за ним, одягнений полотном по нагому, й хапають його молодці (воїни);
52 Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.
він же, зоставивши полотно, нагий утік од них.
53 İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı.
І поведи Ісуса до архиєрея; сходять ся до него всї архиєреї, і старші й письменники.
54 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.
А Петр оддалеки йшов за ними, аж у середину в двір архиєреиський і сидів із слугами, та й грівсь коло багаття.
55 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər.
Архиєреї ж і вся рада шукали на Ісуса сьвідчення, щоб убити Його, та й не знайшли.
56 Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi.
Многі бо криво сьвідкували проти Него, й не сходились сьвідчення їх.
57 Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər:
І деякі, вставши, криво сьвідкували на Него, кажучи:
58 «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”».
Що ми чули, як він казав: Що я зруйную церкву сю рукотворну, й за три дні иншу нерукотворну збудую.
59 Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.
Та й так не сходились сьвідчення їх.
60 Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»
І ставши архиєрей посередині, спитав Ісуса, кажучи: Нїчого не відказуєш? Що сї на Тебе сьвідкують?
61 Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»
Він же мовчавші нїчого не відказав. Знов спитав Його архиєрей, і каже Йому: Чи Ти єси Христос, Син Благословенного?
62 İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz».
Ісус же рече: Се я; і бачити мете Сина чоловічого, сидячого по правиці сили і йдучого на хмарах небесних.
63 Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var?
Архиєрей же, роздерши одежу свою, каже: На що нам іще сьвідків?
64 Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.
Ви чули хулу: як вам здасть ся? Вони ж усі осудили Його, що винен смерти.
65 Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.
І почали деякі плювати на Него, й закривати лице Йому, й бити по щоках Його, й казали Йому: Проречи; і слуги знущались над Ним.
66 Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi.
І як був Петр у дворі внизу, приходить одна з дівчат архиєрейських,
67 Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin».
і, бачивши Петра, що грієть ся, і позирнувши на него, каже: І ти був з Ісусом Назарянином?
68 Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı.
Він же одрік ся, кажучи: Не знаю, анї розумію, що ти кажеш. І вийшов геть до придвору; а півень запіяв.
69 Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır».
І дївчина, побачивши його знов, Почала казати тим, що стояли: Що сей з них.
70 Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan».
Він же знов одрік ся. І трохи згодом ті, що стояли, сказали знов Петрові: Справді з них єси, бо ти й Галилеєць, і говірка твоя подобна.
71 Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram».
Він же почав проклинатись та клястись: Що не знаю чоловіка сього, про котрого кажете.
72 Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.
І вдруге півень запіяв. І згадав Петр слово, що промовив йому Ісус: Що перш нїж півень запіє двічи, одречеш ся мене тричі. І став плакати.

< Mark 14 >