< Mark 10 >

1 İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.
Կանգնելով՝ անկէ գնաց Հրէաստանի հողամասը, Յորդանանի միւս եզերքէն: Դարձեալ բազմութիւնները անոր շուրջ կը համախմբուէին, եւ ինչպէս սովորութիւն ունէր՝ դարձեալ կը սորվեցնէր անոնց:
2 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?»
Փարիսեցիները եկան անոր քով ու հարցուցին՝ փորձելու համար զայն. «Արտօնուա՞ծ է մարդու մը՝ որ արձակէ իր կինը»:
3 İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?»
Ան ալ պատասխանեց անոնց. «Մովսէս ի՞նչ պատուիրեց ձեզի»:
4 Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi».
Անոնք ըսին. «Մովսէս արտօնեց ամուսնալուծումի վկայագիր մը գրել եւ արձակել»:
5 İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı.
Յիսուս պատասխանեց անոնց. «Ձեր սիրտին կարծրութեա՛ն համար գրեց ձեզի այդ պատուէրը.
6 Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”.
բայց արարչութեան սկիզբէն՝ Աստուած զանոնք արու եւ էգ ստեղծեց:
7 “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq
“Այս պատճառով մարդը պիտի թողու հայրն ու մայրը, եւ պիտի յարի իր կնոջ,
8 və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir.
ու երկուքը պիտի ըլլան մէ՛կ մարմին”: Ուստի ա՛լ երկու չեն, հապա՝ մէկ մարմին.
9 Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
ուրեմն մարդը թող չզատէ ինչ որ Աստուած իրարու միացուցած է»:
10 Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər.
Տունը՝ իր աշակերտները դարձեալ նոյն բանը հարցուցին իրեն:
11 İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.
Ըսաւ անոնց. «Ո՛վ որ արձակէ իր կինը եւ ամուսնանայ ուրիշի մը հետ՝ շնութիւն կ՚ընէ անոր դէմ:
12 Ərindən boşanıb başqasına gedən qadın da zina edir».
Ու եթէ կին մը արձակէ իր ամուսինը եւ ամուսնանայ ուրիշի մը հետ՝ շնութիւն կ՚ընէ»:
13 Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər.
Մանուկներ բերին իրեն՝ որպէսզի դպչի անոնց. բայց աշակերտները կը յանդիմանէին բերողները:
14 Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.
Երբ Յիսուս տեսաւ, ընդվզելով ըսաւ անոնց. «Թո՛յլ տուէք այդ մանուկներուն՝ որ գան ինծի, եւ մի՛ արգիլէք զանոնք, որովհետեւ Աստուծոյ թագաւորութիւնը այդպիսիներունն է:
15 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
Ճշմա՛րտապէս կը յայտարարեմ ձեզի. “Ո՛վ որ չընդունի Աստուծոյ թագաւորութիւնը պզտիկ մանուկի մը պէս, բնա՛ւ պիտի չմտնէ անոր մէջ”»:
16 Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
Ու գիրկը առաւ զանոնք, ձեռք դրաւ անոնց վրայ եւ օրհնեց զանոնք:
17 İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios g166)
Երբ ան դուրս ելաւ, ճամբան մարդ մը վազեց, ծնրադրեց անոր առջեւ ու հարցուց անոր. «Բարի՛ վարդապետ, ի՞նչ ընեմ՝ որ ժառանգեմ յաւիտենական կեանքը»: (aiōnios g166)
18 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.
Յիսուս ըսաւ անոր. «Ինչո՞ւ բարի կը կոչես զիս. մէկէ՛ն զատ բարի չկայ, որ Աստուած է:
19 Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».
Գիտե՛ս պատուիրանները. շնութիւն մի՛ ըներ, սպանութիւն մի՛ ըներ, գողութիւն մի՛ ըներ, սուտ վկայութիւն մի՛ տար, զրկանք մի՛ ըներ, պատուէ՛ հայրդ ու մայրդ»:
20 Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm».
Ան ալ պատասխանեց անոր. «Վարդապե՛տ, պահած եմ այդ բոլորը՝ պատանութենէս ի վեր»:
21 İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
Յիսուս անոր նայելով՝ սիրեց զայն եւ ըսաւ անոր. «Մէ՛կ բան կը պակսի քեզի. գնա՛, ծախէ՛ ունեցածդ, տո՛ւր աղքատներուն, ու գանձ պիտի ունենաս երկինքը. ապա վերցո՛ւր խաչը ու հետեւէ՛ ինծի»:
22 Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.
Ան ալ այս խօսքին համար խոժոռելով՝ տրտմած գնաց, որովհետեւ շատ ստացուածք ունէր:
23 İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!»
Յիսուս՝ շուրջը նայելով՝ ըսաւ իր աշակերտներուն. «Ո՜րչափ դժուար է Աստուծոյ թագաւորութիւնը մտնել անոնց՝ որ դրամ ունին»:
24 Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir!
Աշակերտները այլայլեցան անոր խօսքերէն. բայց Յիսուս դարձեալ ըսաւ անոնց. «Զաւակնե՛ր, ո՜րչափ դժուար է Աստուծոյ թագաւորութիւնը մտնել՝ իրենց դրամին վստահողներուն:
25 Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
Դիւրին է որ ո՛ւղտը ասեղին ծակէն անցնի, քան թէ հարուստը Աստուծոյ թագաւորութիւնը մտնէ»:
26 Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?»
Անոնք չափազանց ապշեցան եւ ըսին իրարու. «Ա՛լ ո՞վ կրնայ փրկուիլ»:
27 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».
Յիսուս նայելով անոնց՝ ըսաւ. «Ատիկա անկարելի է մարդոց քով, բայց ոչ՝ Աստուծոյ քով. քանի որ ամէն բան կարելի է Աստուծոյ քով»:
28 Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
Պետրոս սկսաւ ըսել անոր. «Ահա՛ մենք թողուցինք ամէն ինչ եւ հետեւեցանք քեզի»:
29 İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki,
Յիսուս պատասխանեց. «Ճշմա՛րտապէս կը յայտարարեմ ձեզի. “Չկայ մէկը՝ որ թողուցած ըլլայ տուն, եղբայրներ, քոյրեր, հայր, մայր, կին, զաւակներ, կամ արտեր՝ ինծի եւ աւետարանին համար,
30 indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. (aiōn g165, aiōnios g166)
ու չստանայ հարիւրապատի՛կը հիմա՝ այս ատեն՝ տուներ, եղբայրներ, քոյրեր, մայրեր, զաւակներ եւ արտեր՝ հալածանքներու հետ, ու յաւիտենական կեանքը՝ գալիք աշխարհին մէջ”: (aiōn g165, aiōnios g166)
31 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».
Բայց շատ առաջիններ պիտի ըլլան յետին, եւ յետիններ՝ առաջին»:
32 Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı:
Երբ անոնք դէպի Երուսաղէմ բարձրացող ճամբան էին, Յիսուս անոնց առջեւէն կ՚երթար: Անոնք այլայլած էին ու հետեւելով՝ կը վախնային: Դարձեալ քովը առնելով տասներկուքը, սկսաւ ըսել անոնց՝ ի՛նչ որ պիտի պատահէր իրեն.
33 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər.
«Ահա՛ Երուսաղէմ կը բարձրանանք, եւ մարդու Որդին պիտի մատնուի քահանայապետներուն ու դպիրներուն. մահուան պիտի դատապարտեն զայն, հեթանոսներուն պիտի մատնեն զայն,
34 Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».
պիտի ծաղրեն ու խարազանեն զայն, պիտի թքնեն անոր վրայ եւ սպաննեն զայն. բայց յարութիւն պիտի առնէ երրորդ օրը»:
35 Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən».
Ապա Յակոբոս ու Յովհաննէս՝ Զեբեդէոսի որդիները՝ գացին անոր քով, եւ ըսին. «Վարդապե՛տ, կ՚ուզենք որ ի՛նչ որ խնդրենք՝ ընես մեզի համար»:
36 İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»
Ան ալ ըսաւ անոնց. «Ի՞նչ կ՚ուզէք՝ որ ընեմ ձեզի»:
37 Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun».
Անոնք ալ ըսին իրեն. «Շնորհէ՛ մեզի, որ բազմինք մեզմէ մէկը՝ աջ կողմդ, ու միւսը՝ ձախ կողմդ քու փառքիդ մէջ»:
38 Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?»
Յիսուս ըսաւ անոնց. «Չէք գիտեր ի՛նչ կը խնդրէք: Կրնա՞ք խմել այն բաժակը՝ որ ես կը խմեմ, եւ մկրտուիլ այն մկրտութեամբ՝ որով ես կը մկրտուիմ»:
39 Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız.
Անոնք ըսին իրեն. «Կրնա՛նք»: Յիսուս ըսաւ անոնց. «Արդարեւ պիտի խմէ՛ք այն բաժակը՝ որ ես կը խմեմ, ու պիտի մկրտուի՛ք այն մկրտութեամբ՝ որով ես կը մկրտուիմ.
40 Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».
բայց իմ աջ կողմս եւ ձախ կողմս բազմիլը՝ իմս չէ տալը, հապա պիտի տրուի անո՛նց՝ որոնց համար պատրաստուած է»:
41 Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı.
Երբ միւս տասը աշակերտները լսեցին, սկսան ընդվզիլ Յակոբոսի ու Յովհաննէսի դէմ:
42 Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
Իսկ Յիսուս իրեն կանչեց զանոնք եւ ըսաւ անոնց. «Գիտէք թէ հեթանոսներուն իշխան համարուածնե՛րը կը տիրապետեն իրենց վրայ, եւ անոնց մեծամեծնե՛րը կ՚իշխեն իրենց վրայ:
43 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
Բայց այդպէս թող չըլլայ ձեր մէջ. հապա ձեզմէ ո՛վ որ ուզէ մեծ ըլլալ՝ անիկա ձեր սպասարկո՛ւն ըլլայ,
44 Aranızda birinci olmaq istəyən hamının qulu olsun.
ու ձեզմէ ո՛վ որ ուզէ գլխաւոր ըլլալ՝ անիկա բոլորին ստրո՛ւկը ըլլայ:
45 Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Քանի որ մարդու Որդին եկաւ ո՛չ թէ սպասարկութիւն ընդունելու, հապա՝ սպասարկելու եւ իր անձը իբր փրկանք տալու շատերու համար»:
46 Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu.
Յետոյ եկան Երիքով: Երբ դուրս կ՚ելլէր Երիքովէն՝ աշակերտներով եւ մեծ բազմութեամբ, Տիմէոսի որդին՝ կոյր Բարտիմէոս՝ նստած էր ճամբային եզերքը ու կը մուրար:
47 Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı.
Երբ լսեց թէ Յիսուս Նազովրեցին է, սկսաւ աղաղակել. «Յիսո՛ւս, Դաւիթի՛ Որդի, ողորմէ՜ ինծի»:
48 Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
Շատեր կը հրահանգէին անոր՝ որ լռէ: Բայց ան ա՛լ աւելի կ՚աղաղակէր. «Դաւիթի՛ Որդի, ողորմէ՜ ինծի»:
49 İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır».
Յիսուս կանգ առնելով՝ ըսաւ որ կանչեն զայն: Կանչեցին կոյրը եւ ըսին անոր. «Քաջալերուէ՛, ոտքի՛ ելիր, քե՛զ կը կանչէ»:
50 O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi.
Ան ալ իր հանդերձը նետելով՝ կանգնեցաւ ու եկաւ Յիսուսի:
51 İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın».
Յիսուս պատասխանեց անոր. «Ի՞նչ կ՚ուզես՝ որ ընեմ քեզի»: Կոյրը ըսաւ. «Ռաբբունի՛, թող աչքերս բացուին՝՝»:
52 İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.
Յիսուս ըսաւ անոր. «Գնա՛. հաւատքդ բժշկեց քեզ»: Իսկոյն անոր աչքերը բացուեցան, ու ճամբան կը հետեւէր Յիսուսի:

< Mark 10 >