< Luka 24 >

1 Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər.
下一周第一天清晨,女人们带着准备好的香料来到耶稣的坟墓。
2 Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər.
但发现坟墓口的大石头已经滚到了一边,
3 Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar.
她们走进去,却没有看到主耶稣的身体。
4 Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu.
正为此疑惑之际,眼前忽然出现两个人,身穿闪耀发光的衣服,站在她们旁边。
5 Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız?
女人们很害怕,把脸伏在地上。他们对女人说:“你们为什么要在死者中寻找一个还活着的人?
6 O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın.
他不在这里,而是已经复活了。你们应当记得他在加利利时说的话,
7 Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”».
他说:‘人子必将被交到罪人手里,钉在十字架上,在第三日复活。’”
8 Qadınlar da İsanın sözlərini yada saldılar.
她们想起了耶稣说的话,
9 Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər.
于是就离开坟地,回去把这一切告诉了十一名门徒和其他人。
10 Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi.
那几名女性为:抹大拉的玛利亚,约亚拿和雅各的母亲玛利亚,以及其他跟随耶稣的妇女。她们把这些事告诉了众门徒。
11 Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar.
但他们认为这是无稽之谈,根本不相信她们。
12 Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
但彼得还是跑到坟墓那里查看。他弯腰看进去,只看到了坟墓里的细麻布,于是就回去了,对这一切感到非常惊奇。
13 Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi.
同一天,两名门徒去往一个叫以马午斯的村子,距耶路撒冷大约十一公里。
14 Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.
他们在路上谈论着所发生的一切。
15 Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi.
正在交谈和争辩的时候,耶稣走上前,与他们同行。
16 Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
但他们却没有认出他。
17 İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar.
耶稣问到:“你们边走边聊什么呢?”他们就站住,面带愁容。
18 Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?»
一个名叫克利奥帕斯的门徒回答:“你造访耶路撒冷吗?关于那里发生的事情,你可能是唯一不知情的人。”
19 İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.
耶稣说:“什么事?”他们说:“就是拿撒勒人耶稣的事。他是先知,在上帝和众人面前显示出了伟大的奇迹。
20 Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.
我们的祭司长和长官竟把他交了出去,把他判了死罪,钉在十字架上。
21 Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib.
我们一直盼望他就是救赎以色列的那个人。这些事发生到现在已经是第三天了。
22 Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib
但我们中有几名妇女却有了让我们惊讶的发现。她们凌晨到坟墓那里去,
23 Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər.
却找不到他的身体。她们回来说看见天使显现,天使说他已经复活了。
24 Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».
我们又有几个人到坟墓那里去看,与妇女们所说的一样,没有看见他。”
25 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!
耶稣说:“迟钝的人呐!对于先知所说的一切,你们信得太迟钝了!
26 Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»
基督这样受迫害,后来不是迎来了他的荣耀吗?”
27 Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
于是他从摩西和众先知说起,把所有关于他的经文解释了一遍。
28 Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.
他们即将抵达要去的那个村子,耶稣表现得好像是要继续前行,
29 Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
两名门徒特别想把他留住:“天晚了,太阳下山了,就住在这里吧。”于是耶稣就与他们住在一起。
30 İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
吃饭的时候,他拿起饼,在感谢上帝后把饼掰开递给那两位门徒,
31 Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.
他们的眼睛此刻终于看清了,认出这是耶稣,但耶稣却从他们面前消失不见了。
32 Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
他们彼此说:“一路上他和我们说话,给我们解释经文,那时候我们的思想仿佛被火烧灼。”
33 Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.
他们立刻站起来返回耶路撒冷。在那里遇见十一个门徒和其他聚在一起的人。
34 Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».
这十一位门徒说:“主果然复活了,已经向西门显现。”
35 Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
两个人就把在路上的事,以及掰开饼时如何认出耶稣的事情,讲述了一遍。
36 Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.
他们正在交谈之际,耶稣现身站在他们当中,说:“愿你们平安。”
37 Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.
他们非常惊怕,以为看见了鬼。
38 Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?
耶稣问到:“你们为什么惊恐?为什么心有疑惑?
39 Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».
你们看我的手脚,就知道我是谁。摸摸我,你们就会更确认,因为鬼没有骨肉,但你们看,我有。”
40 İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
说了这话,耶稣就把手脚给众人看。
41 Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?»
众人感到如此狂喜和惊讶,以至于仍然不敢相信这一切。耶稣说:“你们这里有什么食物吗?”
42 Ona bir tikə bişmiş balıq verdilər.
他们就给了他一片做好的鱼。
43 İsa da yeməyi götürüb onların qabağında yedi.
他接过来,在他们面前吃了。
44 Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır».
然后耶稣对他们说:“我还和你们在一起时,就是这样对你们解释的:摩西律法、先知书籍和《诗篇》中记载了关于我的一切,都会成真。”
45 Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
于是他打开他们的思想,让他们能够理解经书。
46 İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir.
他告诉他们:“经上记着‘基督将会受害,第三天死而复生。人们要奉他的名,
47 Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.
宣讲悔改与赦罪之道,从耶路撒冷开始,传遍世界各地。’
48 Siz bu hadisələrin şahidisiniz.
你们就是这一切的见证。
49 Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».
现在我要将天父所承诺的赋予你们。但你们需要在城里等候,直到获得来自天堂的力量。”
50 İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;
然后他带他们走出去,走到伯大尼附近时,抬手祝福众人。
51 xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı.
在祝福的同时离开了他们,被送上天堂。
52 Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.
众人开始膜拜他,然后充满喜悦地回到耶路撒冷,
53 Onlar daim Allaha alqış edərək məbəddə olurdular.
此后,他们便始终都在神庙中称颂上帝。

< Luka 24 >