< Luka 17 >

1 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir!
İsa öğrencilerine şöyle dedi: “İnsanı günaha düşüren tuzakların olması kaçınılmazdır. Ama bu tuzaklara aracılık eden kişinin vay haline!
2 Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.
Böyle bir kişi bu küçüklerden birini günaha düşüreceğine, boynuna bir değirmen taşı geçirilip denize atılsa, kendisi için daha iyi olur.
3 Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla.
Yaşantınıza dikkat edin! Kardeşiniz günah işlerse, onu azarlayın; tövbe ederse, bağışlayın.
4 Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla».
Günde yedi kez size karşı günah işler ve yedi kez size gelip, ‘Tövbe ediyorum’ derse, onu bağışlayın.”
5 Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!»
Elçiler Rab'be, “İmanımızı artır!” dediler.
6 Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.
Rab şöyle dedi: “Bir hardal tanesi kadar imanınız olsa, şu dut ağacına, ‘Kökünden sökül ve denizin içine dikil’ dersiniz, o da sözünüzü dinler.
7 Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər?
“Hanginizin çift süren ya da çobanlık eden bir kölesi olur da, tarladan dönüşünde ona, ‘Çabuk gel, sofraya otur’ der?
8 Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi?
Tersine ona, ‘Yemeğimi hazırla, kuşağını bağla, ben yiyip içerken bana hizmet et. Sonra sen yiyip içersin’ demez mi?
9 Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi?
Verdiği buyrukları yerine getirdi diye köleye teşekkür eder mi?
10 Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
Siz de böylece, size verilen buyrukların hepsini yerine getirdikten sonra, ‘Biz değersiz kullarız; sadece yapmamız gerekeni yaptık’ deyin.”
11 İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi.
Yeruşalim'e doğru yoluna devam eden İsa, Samiriye ile Celile arasındaki sınır bölgesinden geçiyordu.
12 Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub
Köyün birine girerken O'nu cüzamlı on adam karşıladı. Bunlar uzakta durarak, “İsa, Efendimiz, halimize acı!” diye seslendiler.
13 ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!»
14 İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular.
İsa onları görünce, “Gidin, kâhinlere görünün” dedi. Adamlar yolda giderken cüzamdan temizlendiler.
15 Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı.
Onlardan biri, iyileştiğini görünce yüksek sesle Tanrı'yı yücelterek geri döndü, yüzüstü İsa'nın ayaklarına kapanıp O'na teşekkür etti. Bu adam Samiriyeli'ydi.
16 O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi.
17 Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır?
İsa, “İyileşenler on kişi değil miydi?” diye sordu. “Öbür dokuzu nerede?
18 Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
Tanrı'yı yüceltmek için bu yabancıdan başka geri dönen olmadı mı?”
19 Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».
Sonra adama, “Ayağa kalk, git” dedi. “İmanın seni kurtardı.”
20 Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz.
Ferisiler İsa'ya, “Tanrı'nın Egemenliği ne zaman gelecek?” diye sordular. İsa onlara şöyle yanıt verdi: “Tanrı'nın Egemenliği göze görünür bir şekilde gelmez.
21 Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».
İnsanlar da, ‘İşte burada’ ya da, ‘İşte şurada’ demeyecekler. Çünkü Tanrı'nın Egemenliği aranızdadır.”
22 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz.
İsa öğrencilerine şöyle dedi: “Öyle günler gelecek ki, İnsanoğlu'nun günlerinden birini görmeyi özleyeceksiniz, ama görmeyeceksiniz.
23 Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin!
İnsanlar size, ‘İşte orada’, ‘İşte burada’ diyecekler. Gitmeyin, onların arkasından koşmayın.
24 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq.
Şimşek çakıp göğü bir ucundan öbür ucuna dek nasıl aydınlatırsa, İnsanoğlu kendi gününde öyle olacaktır.
25 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.
Ama önce O'nun çok acı çekmesi ve bu kuşak tarafından reddedilmesi gerekir.
26 Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq.
“Nuh'un günlerinde nasıl olduysa, İnsanoğlu'nun günlerinde de öyle olacak.
27 Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi.
Nuh'un gemiye bindiği güne dek insanlar yiyip içiyor, evlenip evlendiriliyorlardı. Sonra tufan gelip hepsini yok etti.
28 Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi.
Lut'un günlerinde de durum aynıydı. İnsanlar yiyip içiyor, alıp satıyor, tohum ekiyor, ev yapıyorlardı.
29 Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi.
Ama Lut'un Sodom'dan ayrıldığı gün gökten ateşle kükürt yağdı ve hepsini yok etti.
30 Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq.
“İnsanoğlu'nun ortaya çıkacağı gün durum aynı olacaktır.
31 O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın.
O gün damda olan, evdeki eşyalarını almak için aşağı inmesin. Tarlada olan da geri dönmesin.
32 Lutun arvadını yadınıza salın!
Lut'un karısına olanları hatırlayın!
33 Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq.
Canını esirgemek isteyen onu yitirecek. Canını yitiren ise onu yaşatacaktır.
34 Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.
Size şunu söyleyeyim, o gece aynı yatakta olan iki kişiden biri alınacak, öbürü bırakılacak.
35 Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq».
Birlikte buğday öğüten iki kadından biri alınacak, öbürü bırakılacak.”
37 Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».
Onlar İsa'ya, “Bu olaylar nerede olacak, Rab?” diye sordular. O da onlara, “Leş neredeyse, akbabalar da oraya üşüşecek” dedi.

< Luka 17 >