< Luka 15 >

1 Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar.
তদা করসঞ্চাযিনঃ পাপিনশ্চ লোকা উপদেশ্কথাং শ্রোতুং যীশোঃ সমীপম্ আগচ্ছন্|
2 Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər.
ততঃ ফিরূশিন উপাধ্যাযাশ্চ ৱিৱদমানাঃ কথযামাসুঃ এষ মানুষঃ পাপিভিঃ সহ প্রণযং কৃৎৱা তৈঃ সার্দ্ধং ভুংক্তে|
3 Amma İsa onlara bu məsəli çəkdi:
তদা স তেভ্য ইমাং দৃষ্টান্তকথাং কথিতৱান্,
4 «Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı?
কস্যচিৎ শতমেষেষু তিষ্ঠত্মু তেষামেকং স যদি হারযতি তর্হি মধ্যেপ্রান্তরম্ একোনশতমেষান্ ৱিহায হারিতমেষস্য উদ্দেশপ্রাপ্তিপর্য্যনতং ন গৱেষযতি, এতাদৃশো লোকো যুষ্মাকং মধ্যে ক আস্তে?
5 Tapanda isə onu sevinclə çiyinlərinə qoyar.
তস্যোদ্দেশং প্রাপ্য হৃষ্টমনাস্তং স্কন্ধে নিধায স্ৱস্থানম্ আনীয বন্ধুবান্ধৱসমীপৱাসিন আহূয ৱক্তি,
6 Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!”
হারিতং মেষং প্রাপ্তোহম্ অতো হেতো র্মযা সার্দ্ধম্ আনন্দত|
7 Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq.
তদ্ৱদহং যুষ্মান্ ৱদামি, যেষাং মনঃপরাৱর্ত্তনস্য প্রযোজনং নাস্তি, তাদৃশৈকোনশতধার্ম্মিককারণাদ্ য আনন্দস্তস্মাদ্ একস্য মনঃপরিৱর্ত্তিনঃ পাপিনঃ কারণাৎ স্ৱর্গে ঽধিকানন্দো জাযতে|
8 Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz?
অপরঞ্চ দশানাং রূপ্যখণ্ডানাম্ একখণ্ডে হারিতে প্রদীপং প্রজ্ৱাল্য গৃহং সম্মার্জ্য তস্য প্রাপ্তিং যাৱদ্ যত্নেন ন গৱেষযতি, এতাদৃশী যোষিৎ কাস্তে?
9 Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!”
প্রাপ্তে সতি বন্ধুবান্ধৱসমীপৱাসিনীরাহূয কথযতি, হারিতং রূপ্যখণ্ডং প্রাপ্তাহং তস্মাদেৱ মযা সার্দ্ধম্ আনন্দত|
10 Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur».
১০তদ্ৱদহং যুষ্মান্ ৱ্যাহরামি, একেন পাপিনা মনসি পরিৱর্ত্তিতে, ঈশ্ৱরস্য দূতানাং মধ্যেপ্যানন্দো জাযতে|
11 İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi.
১১অপরঞ্চ স কথযামাস, কস্যচিদ্ দ্ৱৌ পুত্রাৱাস্তাং,
12 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü.
১২তযোঃ কনিষ্ঠঃ পুত্রঃ পিত্রে কথযামাস, হে পিতস্তৱ সম্পত্ত্যা যমংশং প্রাপ্স্যাম্যহং ৱিভজ্য তং দেহি, ততঃ পিতা নিজাং সম্পত্তিং ৱিভজ্য তাভ্যাং দদৌ|
13 Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi.
১৩কতিপযাৎ কালাৎ পরং স কনিষ্ঠপুত্রঃ সমস্তং ধনং সংগৃহ্য দূরদেশং গৎৱা দুষ্টাচরণেন সর্ৱ্ৱাং সম্পত্তিং নাশযামাস|
14 Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı.
১৪তস্য সর্ৱ্ৱধনে ৱ্যযং গতে তদ্দেশে মহাদুর্ভিক্ষং বভূৱ, ততস্তস্য দৈন্যদশা ভৱিতুম্ আরেভে|
15 Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi.
১৫ততঃ পরং স গৎৱা তদ্দেশীযং গৃহস্থমেকম্ আশ্রযত; ততঃ সতং শূকরৱ্রজং চারযিতুং প্রান্তরং প্রেষযামাস|
16 Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.
১৬কেনাপি তস্মৈ ভক্ষ্যাদানাৎ স শূকরফলৱল্কলেন পিচিণ্ডপূরণাং ৱৱাঞ্ছ|
17 Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm!
১৭শেষে স মনসি চেতনাং প্রাপ্য কথযামাস, হা মম পিতুঃ সমীপে কতি কতি ৱেতনভুজো দাসা যথেষ্টং ততোধিকঞ্চ ভক্ষ্যং প্রাপ্নুৱন্তি কিন্ত্ৱহং ক্ষুধা মুমূর্ষুঃ|
18 Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim.
১৮অহমুত্থায পিতুঃ সমীপং গৎৱা কথামেতাং ৱদিষ্যামি, হে পিতর্ ঈশ্ৱরস্য তৱ চ ৱিরুদ্ধং পাপমকরৱম্
19 Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”.
১৯তৱ পুত্রইতি ৱিখ্যাতো ভৱিতুং ন যোগ্যোস্মি চ, মাং তৱ ৱৈতনিকং দাসং কৃৎৱা স্থাপয|
20 O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.
২০পশ্চাৎ স উত্থায পিতুঃ সমীপং জগাম; ততস্তস্য পিতাতিদূরে তং নিরীক্ষ্য দযাঞ্চক্রে, ধাৱিৎৱা তস্য কণ্ঠং গৃহীৎৱা তং চুচুম্ব চ|
21 Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”.
২১তদা পুত্র উৱাচ, হে পিতর্ ঈশ্ৱরস্য তৱ চ ৱিরুদ্ধং পাপমকরৱং, তৱ পুত্রইতি ৱিখ্যাতো ভৱিতুং ন যোগ্যোস্মি চ|
22 Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın.
২২কিন্তু তস্য পিতা নিজদাসান্ আদিদেশ, সর্ৱ্ৱোত্তমৱস্ত্রাণ্যানীয পরিধাপযতৈনং হস্তে চাঙ্গুরীযকম্ অর্পযত পাদযোশ্চোপানহৌ সমর্পযত;
23 Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq!
২৩পুষ্টং গোৱৎসম্ আনীয মারযত চ তং ভুক্ত্ৱা ৱযম্ আনন্দাম|
24 Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar.
২৪যতো মম পুত্রোযম্ অম্রিযত পুনরজীৱীদ্ হারিতশ্চ লব্ধোভূৎ ততস্ত আনন্দিতুম্ আরেভিরে|
25 Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi.
২৫তৎকালে তস্য জ্যেষ্ঠঃ পুত্রঃ ক্ষেত্র আসীৎ| অথ স নিৱেশনস্য নিকটং আগচ্ছন্ নৃত্যানাং ৱাদ্যানাঞ্চ শব্দং শ্রুৎৱা
26 O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?”
২৬দাসানাম্ একম্ আহূয পপ্রচ্ছ, কিং কারণমস্য?
27 Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”.
২৭ততঃ সোৱাদীৎ, তৱ ভ্রাতাগমৎ, তৱ তাতশ্চ তং সুশরীরং প্রাপ্য পুষ্টং গোৱৎসং মারিতৱান্|
28 Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı.
২৮ততঃ স প্রকুপ্য নিৱেশনান্তঃ প্রৱেষ্টুং ন সম্মেনে; ততস্তস্য পিতা বহিরাগত্য তং সাধযামাস|
29 Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim.
২৯ততঃ স পিতরং প্রত্যুৱাচ, পশ্য তৱ কাঞ্চিদপ্যাজ্ঞাং ন ৱিলংঘ্য বহূন্ ৱৎসরান্ অহং ৎৱাং সেৱে তথাপি মিত্রৈঃ সার্দ্ধম্ উৎসৱং কর্ত্তুং কদাপি ছাগমেকমপি মহ্যং নাদদাঃ;
30 Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”.
৩০কিন্তু তৱ যঃ পুত্রো ৱেশ্যাগমনাদিভিস্তৱ সম্পত্তিম্ অপৱ্যযিতৱান্ তস্মিন্নাগতমাত্রে তস্যৈৱ নিমিত্তং পুষ্টং গোৱৎসং মারিতৱান্|
31 Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir.
৩১তদা তস্য পিতাৱোচৎ, হে পুত্র ৎৱং সর্ৱ্ৱদা মযা সহাসি তস্মান্ মম যদ্যদাস্তে তৎসর্ৱ্ৱং তৱ|
32 Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»
৩২কিন্তু তৱাযং ভ্রাতা মৃতঃ পুনরজীৱীদ্ হারিতশ্চ ভূৎৱা প্রাপ্তোভূৎ, এতস্মাৎ কারণাদ্ উৎসৱানন্দৌ কর্ত্তুম্ উচিতমস্মাকম্|

< Luka 15 >