< Hakimlər 7 >

1 Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi.
וישכם ירבעל הוא גדעון וכל העם אשר אתו ויחנו על עין חרד ומחנה מדין היה לו מצפון מגבעת המורה בעמק׃
2 Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək.
ויאמר יהוה אל גדעון רב העם אשר אתך מתתי את מדין בידם פן יתפאר עלי ישראל לאמר ידי הושיעה לי׃
3 İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı.
ועתה קרא נא באזני העם לאמר מי ירא וחרד ישב ויצפר מהר הגלעד וישב מן העם עשרים ושנים אלף ועשרת אלפים נשארו׃
4 Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək».
ויאמר יהוה אל גדעון עוד העם רב הורד אותם אל המים ואצרפנו לך שם והיה אשר אמר אליך זה ילך אתך הוא ילך אתך וכל אשר אמר אליך זה לא ילך עמך הוא לא ילך׃
5 Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstü oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan».
ויורד את העם אל המים ויאמר יהוה אל גדעון כל אשר ילק בלשונו מן המים כאשר ילק הכלב תציג אותו לבד וכל אשר יכרע על ברכיו לשתות׃
6 Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı üç yüz nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstü yerə oturdu.
ויהי מספר המלקקים בידם אל פיהם שלש מאות איש וכל יתר העם כרעו על ברכיהם לשתות מים׃
7 Rəbb Gideona dedi: «Sizi dili ilə su içən bu üç yüz nəfərlə qurtaracağam və Midyanlıları sənə təslim edəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın».
ויאמר יהוה אל גדעון בשלש מאות האיש המלקקים אושיע אתכם ונתתי את מדין בידך וכל העם ילכו איש למקמו׃
8 Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi.
ויקחו את צדה העם בידם ואת שופרתיהם ואת כל איש ישראל שלח איש לאהליו ובשלש מאות האיש החזיק ומחנה מדין היה לו מתחת בעמק׃
9 O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm.
ויהי בלילה ההוא ויאמר אליו יהוה קום רד במחנה כי נתתיו בידך׃
10 Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en.
ואם ירא אתה לרדת רד אתה ופרה נערך אל המחנה׃
11 Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər.
ושמעת מה ידברו ואחר תחזקנה ידיך וירדת במחנה וירד הוא ופרה נערו אל קצה החמשים אשר במחנה׃
12 Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi.
ומדין ועמלק וכל בני קדם נפלים בעמק כארבה לרב ולגמליהם אין מספר כחול שעל שפת הים לרב׃
13 Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi».
ויבא גדעון והנה איש מספר לרעהו חלום ויאמר הנה חלום חלמתי והנה צלול לחם שערים מתהפך במחנה מדין ויבא עד האהל ויכהו ויפל ויהפכהו למעלה ונפל האהל׃
14 Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib».
ויען רעהו ויאמר אין זאת בלתי אם חרב גדעון בן יואש איש ישראל נתן האלהים בידו את מדין ואת כל המחנה׃
15 Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib».
ויהי כשמע גדעון את מספר החלום ואת שברו וישתחו וישב אל מחנה ישראל ויאמר קומו כי נתן יהוה בידכם את מחנה מדין׃
16 Yanında olan üç yüz nəfəri üç dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi.
ויחץ את שלש מאות האיש שלשה ראשים ויתן שופרות ביד כלם וכדים רקים ולפדים בתוך הכדים׃
17 Onlara tapşırdı ki, «mənə baxın, mən necə edirəmsə, siz də elə edin. Bax mən ordugahın kənarına çatan zaman nə etsəm, siz də elə edin.
ויאמר אליהם ממני תראו וכן תעשו והנה אנכי בא בקצה המחנה והיה כאשר אעשה כן תעשון׃
18 Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın».
ותקעתי בשופר אנכי וכל אשר אתי ותקעתם בשופרות גם אתם סביבות כל המחנה ואמרתם ליהוה ולגדעון׃
19 Gideonla yanında olan yüz nəfər kişi orta növbəsinin başlanğıcında – növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb əllərindəki dolçaları qırdılar.
ויבא גדעון ומאה איש אשר אתו בקצה המחנה ראש האשמרת התיכונה אך הקם הקימו את השמרים ויתקעו בשופרות ונפוץ הכדים אשר בידם׃
20 Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar.
ויתקעו שלשת הראשים בשופרות וישברו הכדים ויחזיקו ביד שמאולם בלפדים וביד ימינם השופרות לתקוע ויקראו חרב ליהוה ולגדעון׃
21 Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar.
ויעמדו איש תחתיו סביב למחנה וירץ כל המחנה ויריעו ויניסו׃
22 Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı.
ויתקעו שלש מאות השופרות וישם יהוה את חרב איש ברעהו ובכל המחנה וינס המחנה עד בית השטה צררתה עד שפת אבל מחולה על טבת׃
23 Naftalidən, Aşerdən və bütün Menaşşedən çağırılmış İsraillilər Midyanlıları qovdular.
ויצעק איש ישראל מנפתלי ומן אשר ומן כל מנשה וירדפו אחרי מדין׃
24 Gideon bütün Efrayimin dağlıq bölgəsinə qasid göndərib dedi: «Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər İordan çayının sularını tutun». Bütün Efrayimlilər yığılıb Bet-Baraya qədər İordan çayının sularını tutdular.
ומלאכים שלח גדעון בכל הר אפרים לאמר רדו לקראת מדין ולכדו להם את המים עד בית ברה ואת הירדן ויצעק כל איש אפרים וילכדו את המים עד בית ברה ואת הירדן׃
25 Sonra iki Midyan başçısı Orevlə Zeevi tutdular. Orevi Orev qayasında, Zeevi isə Zeev üzümsıxanında öldürdülər. Midyanlıları qovdular və İordan çayını keçərək Orevlə Zeevin başlarını Gideona gətirdilər.
וילכדו שני שרי מדין את ערב ואת זאב ויהרגו את עורב בצור עורב ואת זאב הרגו ביקב זאב וירדפו אל מדין וראש ערב וזאב הביאו אל גדעון מעבר לירדן׃

< Hakimlər 7 >