< Yeşua 12 >

1 İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər. 2 Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı, 3 şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi. 4 Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi. 5 O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi. 6 Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi. 7 Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır: 8 Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi. 9 Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı; 10 Yerusəlim padşahı; Xevron padşahı; 11 Yarmut padşahı; Lakiş padşahı; 12 Eqlon padşahı; Gezer padşahı; 13 Devir padşahı; Geder padşahı; 14 Xorma padşahı; Arad padşahı; 15 Livna padşahı; Adullam padşahı; 16 Maqqeda padşahı; Bet-El padşahı; 17 Tappuah padşahı; Xefer padşahı; 18 Afeq padşahı; Laşşaron padşahı; 19 Madon padşahı; Xasor padşahı; 20 Şimron-Meron padşahı; Akşaf padşahı; 21 Taanak padşahı; Megiddo padşahı; 22 Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı; 23 Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı; 24 Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi.

< Yeşua 12 >