< Yəhya 5 >

1 Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi.
כעבור זמן מה חזר ישוע לירושלים לרגל אחד החגים.
2 Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var.
ליד שער הצאן בירושלים הייתה ברכה שנקראת בעברית”בית־חסדא“, וסביבה חמישה רציפים.
3 Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı.
על רציפים אלה שכבו חולים רבים, עיוורים, פיסחים, משותקים וכדומה (כשהם מחכים שהמים יסערו,
4
כי מדי פעם ירד מלאך ה׳ אל הברכה והסעיר את המים, והחולה הראשון שנכנס אל המים לאחר מכן נרפא).
5 Otuz səkkiz il xəstə olan bir adam da orada idi.
בין החולים הרבים היה אדם שסבל ממחלתו במשך שלושים ושמונה שנים.
6 İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?»
ישוע הביט באיש ומיד ידע את משך מחלתו.”אתה רוצה להירפא?“שאל ישוע.
7 Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir».
”איני יכול!“השיב האיש בייאוש.”אין מי שיעזור לי להיכנס למים בעת הסערה, ובזמן שאני מנסה להיכנס לברכה בכוחות עצמי, מישהו זריז ממני מקדים אותי ונכנס למים לפני.“
8 İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!»
”קום, קפל את האלונקה שלך והתהלך!“פקד ישוע.
9 O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi.
האיש נרפא מיד, עמד על רגליו, קיפל את האלונקה והלך לדרכו. מאחר שהמעשה התרחש בשבת,
10 Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır».
לא מצא הדבר חן בעיני היהודים.”אסור לך לשאת את האלונקה, כי שבת היום!“קראו לעבר הנרפא.
11 O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi».
”האיש שריפא אותי פקד עלי לקפל את האלונקה וללכת“, ענה האיש.
12 Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?»
”מיהו האיש הזה?“שאלו.
13 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı.
אך הנרפא לא יכול היה להשיב להם, כי הוא בעצמו לא ידע מי הוא כי בינתיים נעלם ישוע בקהל הרב שהיה במקום.
14 Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin».
מאוחר יותר פגש ישוע את הנרפא בבית־המקדש ואמר לו:”עתה, לאחר שהבראת, אל תמשיך לחטוא, פן יבוא עליך משהו יותר רע.“
15 O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi.
האיש הלך מהר וסיפר ליהודים כי ישוע הוא זה שריפא אותו.
16 Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi.
ואז החלו מנהיגי היהודים לרדוף את ישוע, מפני שחילל את השבת.
17 Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm».
אבל ישוע אמר להם:”אבי לא הפסיק לעבוד עד עתה, ואני נוהג כמוהו!“
18 Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.
דבריו עוררו עוד יותר את חמת מנהיגי היהודים, והם רצו להרגו לא רק על שום שחילל את השבת, אלא גם על שקרא לאלוהים”אביו“, ובכך השווה את עצמו לאלוהים.
19 Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər.
”הבן אינו יכול לעשות דבר בעצמו, “אמר ישוע,”הוא עושה רק מה שראה את אביו עושה, ובאותה דרך.
20 Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz.
כי האב אוהב את בנו ומלמד אותו את כל מעשיו, ואפילו מלמדו לעשות מעשים גדולים יותר מריפוי האיש הזה. אתם יודעים מדוע? כדי שתתפלאו ותשתוממו!
21 Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir.
הבן אף יקים מהמתים את מי שירצה, ממש כפי שעושה האב.
22 Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki,
האב לא ישפוט איש – הוא נתן לבנו את סמכות המשפט, כדי שכולם יכבדו את הבן כפי שהם מכבדים את האב.
23 hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.
מי שאינו מכבד את הבן אינו מכבד גם את האב אשר שלח אותו.
24 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. (aiōnios g166)
”אני מבטיח לכם שכל השומע את דברי ומאמין באלוהים אשר שלח אותי, יחיה חיי נצח ולא יישפט על חטאיו לעולם, משום שהוא כבר עבר מהמוות לחיים. (aiōnios g166)
25 Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq.
אני מבטיח לכם, יגיע הזמן, ולמעשה הוא כבר הגיע, שהמתים ישמעו את קולו של בן־האלוהים – וכל השומעים יחיו.
26 Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi.
כשם שלאב עצמו יש כוח המעניק חיים, כך גם לבן יש אותו כוח, שהוא מתנת האב.
27 Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur.
כבן־האדם יש לו זכות וסמכות לשפוט את חטאיהם של כל בני־האדם.
28 Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib
אל תתפלאו על כך, כי יבוא הזמן שכל המתים ישמעו בקבריהם את קולו של בן האלוהים,
29 qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək.
והם יקומו מקבריהם – עושי הטוב לחיי נצח, ועושי הרע למשפט.
30 Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
”איני שופט איש לפני התייעצות עם אבי; אני שופט רק לפי מה שהוא אומר לי. משפטי ישר וצודק, כי איני מבקש את טובת עצמי, אלא את רצון אבי שבשמים אשר שלחני.
31 Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.
”אם אני מעיד על עצמי, תאמרו שעדותי אינה מהימנה.
32 Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm.
אולם מישהו אחר מעיד עלי – יוחנן המטביל, ואני יודע שאפשר לסמוך על דבריו.
33 Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi.
אתם שלחתם את אנשיכם אל יוחנן כדי להקשיב לדבריו, ויוחנן אמר את האמת.
34 Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm.
אל תחשבו שאני זקוק לעדות בני־אדם; אני מספר לכם כל זאת רק כדי שתאמינו ותיוושעו.
35 Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz.
”יוחנן הפיץ אור כנר דולק כדי להאיר לכם את הדרך, ולזמן קצר אף שמחתם להתענג על האור הזה.
36 Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib.
ברם יש לי עדות גדולה יותר מעדותו של יוחנן: המעשים שאני עושה. אלוהים אבי הטיל עלי לעשות את המעשים האלה, והם מוכיחים שהוא שלח אותי.
37 Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz.
האב עצמו מעיד עלי, למרות שמעולם לא שמעתם את קולו, ואת מראהו לא ראיתם.
38 Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız.
אולם דברו אינו שוכן בכם כלל, כי אתם מסרבים להאמין שאני שליחו.
39 Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, (aiōnios g166)
”אתם דורשים בכתובים מתוך תקווה למצוא בהם חיי נצח, אך הכתובים מצביעים עלי! (aiōnios g166)
40 sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
למרות זאת אינכם רוצים לבוא אלי כדי שאעניק לכם חיי נצח.
41 İnsanlardan izzət qəbul etmirəm.
”איני לוקח כבוד ושבחים מבני־אדם ואיני דואג לדעתכם עלי,
42 Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur.
אבל אני רוצה לומר לכם שאינכם אוהבים את אלוהים.
43 Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz.
אני באתי בשם אבי ולא קיבלתם אותי; אך אם יבוא מישהו אחר בשם עצמו, כן תקבלו אותו.
44 Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz?
אין פלא שאינכם מאמינים, שכן אתם מבקשים כבוד איש מרעהו, וכלל אינכם דואגים לכבוד שחולק אלוהים.
45 Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır.
”אל תחשבו שאטען עליכם לפני אבי. משה רבנו – שבו אתם מאמינים – הוא הטוען עליכם!
46 Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb.
אילו האמנתם למשה הייתם מאמינים גם לי, שהרי הוא כתב עלי.
47 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»
ואם אינכם מאמינים למה שכתב משה, איני מתפלא שאינכם מאמינים לדברי.“

< Yəhya 5 >