< Yəhya 19 >

1 Onda Pilat İsanı aparıb qamçılatdı.
Тодї узяв Пилат Ісуса, та й бив Його.
2 Əsgərlər də tikandan bir tac hörüb Onun başına qoydular və Ona tünd qırmızı paltar geyindirdilər.
А воїни сплівши вінець їз тернини, наділи на голову Йому, і в одежу червону одягли Його,
3 Onlar İsanın yanına gəlib «Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular.
і казали: Радуй ся, царю Жидівський! і били Його в лице.
4 Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir görmədiyimi biləsiniz».
Вийшов тоді знов Пидат, і каже їм: Ось я виводжу вам Його, щоб знали, що в Йому ніякої вини не знаходжу.
5 O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!»
Вийшов тодї Ісус у терновім вінцї і в червоній одежі. І каже їм Пилат: Ось, чоловік!
6 Başçı kahinlər və mühafizəçilər Onu gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm».
Як же побачили Його архивреї та слуги, то закричали, кажучи: Розпни, розпни Його! Каже їм Пилат: Візьміть ви Його та й розпнїть; я бо не знаходжу в Йому вини.
7 Yəhudilər ona cavab verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır».
Відказали йому Жиди: Ми закон маємо, і по закону нашому повинен умерти, бо Він себе Сином Божим зробив.
8 Pilat bu sözü eşidəndə daha da qorxdu.
Як же почув Пилат се слово, то ще більше злякав ся,
9 Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi.
і ввійшов у претор знов, і каже Ісусові: Звідкіля єси Ти? Ісус же одповідї не дав йому.
10 Pilat Ona dedi: «Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə səlahiyyətim var?»
Каже тодї Йому Пилат: До мене не говориш? Не знаєш, що власть маю розняти Тебе, і власть маю відпустити Тебе?
11 İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı daha böyükdür».
Відказав Ісус: Не мав би єси власти нїякої надо мною, коли б не було тобі дано звиш. Тим, хто видав мене тобі, більший гріх має.
12 Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan edirsə, qeysərə qarşı çıxmış olur».
З того часу шукав Пилат одпустити Його; Жиди ж кричали, кажучи: Коли Сього відпустиш, не єси друг Кесареві. Всякий, хто дарем себе робить, противить ся Кесареві.
13 Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu.
Пилат же, почувши таке слово, вивів Ісуса, та й сїв на судищі, що зване Литостротос, а по єврейски: Гавата.
14 Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi.
Була ж пятниця перед пасхою, коло години ж шестої. І каже Жидам: Ось, Цар ваш!
15 Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!»
Вони ж закричали: Візьми, візьми розпни Його! Каже їм Пилат: Царя вашого розпну? Відказали архиєреї: Не маємо царя, тільки Кесаря.
16 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi. Əsgərlər İsanı götürüb apardılar.
Тодї ж видав їм Його, щоб розпяли. Узяли ж Ісуса, та й повели.
17 İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı.
І, несучи хрест свій, вийшов Він на врочище (місце) Черепове, що зветь ся по єврейськи Голгота.
18 Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi.
Там розпяли Його, а з Ним инших двох, по сей і по той бік, посередині ж Ісуса.
19 Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa».
Написав же і надпись Пилат, та й виставив на хресті; було ж написано: Ісус Назорей, Цар Жидівський.
20 Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı.
Сю ж надпись многі читали з Жидів; бо поблизу города було місце, де розпято Ісуса; а було написане по єврейськи, по грецьки і по римськи.
21 Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz».
Казали тодї Пилатові архиєреї Жидівські: Не пиши: Цар Жидівський, а що Він казав: Я цар Жидівський.
22 Pilat cavab verdi: «Nə yazdımsa, yazdım».
Відказав Пилат: Що написав, написав.
23 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər.
Тодї воїни, рознявши Ісуса, взяли одежу Його, й зробили з неї чотири частї, кожному воїнові часть, і хитон [намітку]; був же хитон не сшиваний, а ввесь од верху тканий.
24 Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı «Aralarında paltarlarımı bölüşdürdülər, Geyimim üçün püşk atdılar» sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər.
Сказали тодї між собою: Не дерімо його, а киньмо жереб на него, чий буде. Щоб справдилось писаннє, що глаголе: Поділили одежу мою собі, і на мов платтв кидали жереб. То воїни се й зробили.
25 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı.
Стояла ж коло хреста Ісусового мати Його та сестра матери Його, Мария Клеопова, та Мария Магдадина.
26 İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!»
Ісус же, побачивши матір і ученика стоячого коло неї, котрого любив, рече до матери своєї: Жено, ось син твій.
27 Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.
Опісля рече ученику: Оть, мати твоя. І з тієї години узяв її ученик до себе.
28 Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi.
Після сього, знаючи Ісус, що все вже звершилось, щоб справдилось писаннє, рече: Жаждую.
29 Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar.
Стояла ж посудина повна оцту, вони ж, напоївши губку оцтом і на тростину настромивши, піднесли Йому до уст.
30 İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.
Скушавши ж оцту Ісус, рече: Звершилось; і, схиливши голову, віддав духа.
31 Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi.
Жиди ж, щоб не зоставались на хрестах тїла в суботу (був бо великий день тієї суботи), благали Пилата, щоб поперебивали їм гомілки, та й поздіймали.
32 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar.
Прийшли тодї воїни, й первому поломили ноги, й другому рознятому з Ним.
33 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar.
До Ісуса ж прийшовши, як побачили Його вже мертвого, не перебили Йому ніг;
34 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.
а один з воїнів проколов Йому списом бік, і зараз вийшла кров і вода.
35 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir.
І той, що бачив се, засьвідкував, і правдиве сьвідченнє його; і знає він, що говорить правду, щоб ви вірували.
36 Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin.
Сталось бо се, щоб писаннє справдилось: Кість Його не буде переломлена.
37 Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.
І знов инше писаннє рече: Дивити муть ся на Того, кого прокололи.
38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü.
Після ж сього благав Пилата Йосиф з Ариматеї (бувши учеником Ісусовим, потайним же задля страху Жидівського), щоб зняти тїло Ісусове; й дозволив Пилат. Прийшов тодї і взяв тїло Ісусове.
39 Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya qədər qarışıq mirra və əzvay gətirdi.
Прийшов же й Никодим, що приходив перше до Ісуса в ночі, принїсши змішаної смирни й алое фунтів із сотню.
40 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar.
Взяли тодї тїло Ісусове, і обгорнули полотном з пахощами, як се звичай у Жидів ховати.
41 İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi.
Був же на місцї, де рознято Його, сад, а в саду новий гріб, в котрому ніколи нікого не положено.
42 Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.
Там оце положили Ісуса задля пятницї Жидівської; бо поблизу був гріб.

< Yəhya 19 >