< Yəhya 11 >

1 Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi.
अनन्तरं मरियम् तस्या भगिनी मर्था च यस्मिन् वैथनीयाग्रामे वसतस्तस्मिन् ग्रामे इलियासर् नामा पीडित एक आसीत्।
2 Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi.
या मरियम् प्रभुं सुगन्धितेलैन मर्द्दयित्वा स्वकेशैस्तस्य चरणौ सममार्जत् तस्या भ्राता स इलियासर् रोगी।
3 Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi.
अपरञ्च हे प्रभो भवान् यस्मिन् प्रीयते स एव पीडितोस्तीति कथां कथयित्वा तस्य भगिन्यौ प्रेषितवत्यौ।
4 İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq».
तदा यीशुरिमां वार्त्तां श्रुत्वाकथयत पीडेयं मरणार्थं न किन्त्वीश्वरस्य महिमार्थम् ईश्वरपुत्रस्य महिमप्रकाशार्थञ्च जाता।
5 İsa Martanı, onun bacısını və Lazarı sevirdi.
यीशु र्यद्यपिमर्थायां तद्भगिन्याम् इलियासरि चाप्रीयत,
6 Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı.
तथापि इलियासरः पीडायाः कथं श्रुत्वा यत्र आसीत् तत्रैव दिनद्वयमतिष्ठत्।
7 Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi.
ततः परम् स शिष्यानकथयद् वयं पुन र्यिहूदीयप्रदेशं यामः।
8 Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?»
ततस्ते प्रत्यवदन्, हे गुरो स्वल्पदिनानि गतानि यिहूदीयास्त्वां पाषाणै र्हन्तुम् उद्यतास्तथापि किं पुनस्तत्र यास्यसि?
9 İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür.
यीशुः प्रत्यवदत्, एकस्मिन् दिने किं द्वादशघटिका न भवन्ति? कोपि दिवा गच्छन् न स्खलति यतः स एतज्जगतो दीप्तिं प्राप्नोति।
10 Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur».
किन्तु रात्रौ गच्छन् स्खलति यतो हेतोस्तत्र दीप्ति र्नास्ति।
11 İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm».
इमां कथां कथयित्वा स तानवदद्, अस्माकं बन्धुः इलियासर् निद्रितोभूद् इदानीं तं निद्रातो जागरयितुं गच्छामि।
12 Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq».
यीशु र्मृतौ कथामिमां कथितवान् किन्तु विश्रामार्थं निद्रायां कथितवान् इति ज्ञात्वा शिष्या अकथयन्,
13 İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.
हे गुरो स यदि निद्राति तर्हि भद्रमेव।
14 Onda İsa onlara açıqca dedi: «Lazar ölüb.
तदा यीशुः स्पष्टं तान् व्याहरत्, इलियासर् अम्रियत;
15 Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək».
किन्तु यूयं यथा प्रतीथ तदर्थमहं तत्र न स्थितवान् इत्यस्माद् युष्मन्निमित्तम् आह्लादितोहं, तथापि तस्य समीपे याम।
16 «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».
तदा थोमा यं दिदुमं वदन्ति स सङ्गिनः शिष्यान् अवदद् वयमपि गत्वा तेन सार्द्धं म्रियामहै।
17 İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi.
यीशुस्तत्रोपस्थाय इलियासरः श्मशाने स्थापनात् चत्वारि दिनानि गतानीति वार्त्तां श्रुतवान्।
18 Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi.
वैथनीया यिरूशालमः समीपस्था क्रोशैकमात्रान्तरिता;
19 Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi.
तस्माद् बहवो यिहूदीया मर्थां मरियमञ्च भ्यातृशोकापन्नां सान्त्वयितुं तयोः समीपम् आगच्छन्।
20 Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu.
मर्था यीशोरागमनवार्तां श्रुत्वैव तं साक्षाद् अकरोत् किन्तु मरियम् गेह उपविश्य स्थिता।
21 Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi.
तदा मर्था यीशुमवादत्, हे प्रभो यदि भवान् अत्रास्थास्यत् तर्हि मम भ्राता नामरिष्यत्।
22 Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».
किन्त्विदानीमपि यद् ईश्वरे प्रार्थयिष्यते ईश्वरस्तद् दास्यतीति जानेऽहं।
23 İsa ona «qardaşın diriləcək» dedi.
यीशुरवादीत् तव भ्राता समुत्थास्यति।
24 Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək».
मर्था व्याहरत् शेषदिवसे स उत्थानसमये प्रोत्थास्यतीति जानेऽहं।
25 İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar,
तदा यीशुः कथितवान् अहमेव उत्थापयिता जीवयिता च यः कश्चन मयि विश्वसिति स मृत्वापि जीविष्यति;
26 yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» (aiōn g165)
यः कश्चन च जीवन् मयि विश्वसिति स कदापि न मरिष्यति, अस्यां कथायां किं विश्वसिषि? (aiōn g165)
27 Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən».
सावदत् प्रभो यस्यावतरणापेक्षास्ति भवान् सएवाभिषिक्त्त ईश्वरपुत्र इति विश्वसिमि।
28 Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır».
इति कथां कथयित्वा सा गत्वा स्वां भगिनीं मरियमं गुप्तमाहूय व्याहरत् गुरुरुपतिष्ठति त्वामाहूयति च।
29 Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi.
कथामिमां श्रुत्वा सा तूर्णम् उत्थाय तस्य समीपम् अगच्छत्।
30 İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı.
यीशु र्ग्राममध्यं न प्रविश्य यत्र मर्था तं साक्षाद् अकरोत् तत्र स्थितवान्।
31 Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər.
ये यिहूदीया मरियमा साकं गृहे तिष्ठन्तस्ताम् असान्त्वयन ते तां क्षिप्रम् उत्थाय गच्छन्तिं विलोक्य व्याहरन्, स श्मशाने रोदितुं याति, इत्युक्त्वा ते तस्याः पश्चाद् अगच्छन्।
32 Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi».
यत्र यीशुरतिष्ठत् तत्र मरियम् उपस्थाय तं दृष्ट्वा तस्य चरणयोः पतित्वा व्याहरत् हे प्रभो यदि भवान् अत्रास्थास्यत् तर्हि मम भ्राता नामरिष्यत्।
33 İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü.
यीशुस्तां तस्याः सङ्गिनो यिहूदीयांश्च रुदतो विलोक्य शोकार्त्तः सन् दीर्घं निश्वस्य कथितवान् तं कुत्रास्थापयत?
34 İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər.
ते व्याहरन्, हे प्रभो भवान् आगत्य पश्यतु।
35 İsa ağladı.
यीशुना क्रन्दितं।
36 Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər.
अतएव यिहूदीया अवदन्, पश्यतायं तस्मिन् किदृग् अप्रियत।
37 Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?»
तेषां केचिद् अवदन् योन्धाय चक्षुषी दत्तवान् स किम् अस्य मृत्युं निवारयितुं नाशक्नोत्?
38 O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu.
ततो यीशुः पुनरन्तर्दीर्घं निश्वस्य श्मशानान्तिकम् अगच्छत्। तत् श्मशानम् एकं गह्वरं तन्मुखे पाषाण एक आसीत्।
39 İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür».
तदा यीशुरवदद् एनं पाषाणम् अपसारयत, ततः प्रमीतस्य भगिनी मर्थावदत् प्रभो, अधुना तत्र दुर्गन्धो जातः, यतोद्य चत्वारि दिनानि श्मशाने स तिष्ठति।
40 İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?»
तदा यीशुरवादीत्, यदि विश्वसिषि तर्हीश्वरस्य महिमप्रकाशं द्रक्ष्यसि कथामिमां किं तुभ्यं नाकथयं?
41 Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm.
तदा मृतस्य श्मशानात् पाषाणोऽपसारिते यीशुरूर्द्व्वं पश्यन् अकथयत्, हे पित र्मम नेवेसनम् अशृणोः कारणादस्मात् त्वां धन्यं वदामि।
42 Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar».
त्वं सततं शृणोषि तदप्यहं जानामि, किन्तु त्वं मां यत् प्रैरयस्तद् यथास्मिन् स्थाने स्थिता लोका विश्वसन्ति तदर्थम् इदं वाक्यं वदामि।
43 Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı.
इमां कथां कथयित्वा स प्रोच्चैराह्वयत्, हे इलियासर् बहिरागच्छ।
44 Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi.
ततः स प्रमीतः श्मशानवस्त्रै र्बद्धहस्तपादो गात्रमार्जनवाससा बद्धमुखश्च बहिरागच्छत्। यीशुरुदितवान् बन्धनानि मोचयित्वा त्यजतैनं।
45 Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi.
मरियमः समीपम् आगता ये यिहूदीयलोकास्तदा यीशोरेतत् कर्म्मापश्यन् तेषां बहवो व्यश्वसन्,
46 Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.
किन्तु केचिदन्ये फिरूशिनां समीपं गत्वा यीशोरेतस्य कर्म्मणो वार्त्ताम् अवदन्।
47 Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir.
ततः परं प्रधानयाजकाः फिरूशिनाश्च सभां कृत्वा व्याहरन् वयं किं कुर्म्मः? एष मानवो बहून्याश्चर्य्यकर्म्माणि करोति।
48 Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək».
यदीदृशं कर्म्म कर्त्तुं न वारयामस्तर्हि सर्व्वे लोकास्तस्मिन् विश्वसिष्यन्ति रोमिलोकाश्चागत्यास्माकम् अनया राजधान्या सार्द्धं राज्यम् आछेत्स्यन्ति।
49 Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz.
तदा तेषां कियफानामा यस्तस्मिन् वत्सरे महायाजकपदे न्ययुज्यत स प्रत्यवदद् यूयं किमपि न जानीथ;
50 Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?»
समग्रदेशस्य विनाशतोपि सर्व्वलोकार्थम् एकस्य जनस्य मरणम् अस्माकं मङ्गलहेतुकम् एतस्य विवेचनामपि न कुरुथ।
51 O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda –
एतां कथां स निजबुद्ध्या व्याहरद् इति न,
52 təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək.
किन्तु यीशूस्तद्देशीयानां कारणात् प्राणान् त्यक्ष्यति, दिशि दिशि विकीर्णान् ईश्वरस्य सन्तानान् संगृह्यैकजातिं करिष्यति च, तस्मिन् वत्सरे कियफा महायाजकत्वपदे नियुक्तः सन् इदं भविष्यद्वाक्यं कथितवान्।
53 Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar.
तद्दिनमारभ्य ते कथं तं हन्तुं शक्नुवन्तीति मन्त्रणां कर्त्तुं प्रारेभिरे।
54 Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı.
अतएव यिहूदीयानां मध्ये यीशुः सप्रकाशं गमनागमने अकृत्वा तस्माद् गत्वा प्रान्तरस्य समीपस्थायिप्रदेशस्येफ्रायिम् नाम्नि नगरे शिष्यैः साकं कालं यापयितुं प्रारेभे।
55 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi.
अनन्तरं यिहूदीयानां निस्तारोत्सवे निकटवर्त्तिनि सति तदुत्सवात् पूर्व्वं स्वान् शुचीन् कर्त्तुं बहवो जना ग्रामेभ्यो यिरूशालम् नगरम् आगच्छन्,
56 Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?»
यीशोरन्वेषणं कृत्वा मन्दिरे दण्डायमानाः सन्तः परस्परं व्याहरन्, युष्माकं कीदृशो बोधो जायते? स किम् उत्सवेऽस्मिन् अत्रागमिष्यति?
57 Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər.
स च कुत्रास्ति यद्येतत् कश्चिद् वेत्ति तर्हि दर्शयतु प्रधानयाजकाः फिरूशिनश्च तं धर्त्तुं पूर्व्वम् इमाम् आज्ञां प्राचारयन्।

< Yəhya 11 >