< Yoel 2 >

1 Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır.
Blow ye a trumpet in Zion, And shout ye in My holy hill, Tremble do all inhabitants of the earth, For coming is the day of Jehovah, for [it is] near!
2 Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Bir qoşun gəlir Dağlar üzərində yayılan dan kimi Çoxsaylı və qüvvətli bir qoşun. Elə bir qoşun ki, Əzəldən bəri bunun kimisi olmamışdır, Bundan sonra da nəsillər boyu olmayacaqdır.
A day of darkness and thick darkness, A day of cloud and thick darkness, As darkness spread on the mountains, A people numerous and mighty, Like it there hath not been from of old, And after it there is not again — till the years of generation and generation.
3 Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir.
Before it consumed hath fire, And after it burn doth a flame, As the garden of Eden [is] the land before it, And after it a wilderness — a desolation! And also an escape there hath not been to it,
4 Onlar görkəmcə ata bənzəyir. Atlar necə çapırlarsa, Onlar da eləcə çapırlar.
As the appearance of horses [is] its appearance, And as horsemen, so they run.
5 Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.
As the noise of chariots, on the tops of the mountains they skip, As the noise of a flame of fire devouring stubble, As a mighty people set in array for battle.
6 Onların qarşısında xalqlar sanki ağrı çəkir, Bütün üzlər solur.
From its face pained are peoples, All faces have gathered paleness.
7 Qaçırlar igidlər kimi, Divara dırmaşırlar cəngavərlər kimi. Hamı nizamla gedir sırasını pozmadan.
As mighty ones they run, As men of war they go up a wall, And each in his own ways they do go, And they embarrass not their paths.
8 Heç kim yoldaşını tapdalamadan Yolundan çıxmır. Silahlar sırasını yarıb-keçirlər, Lakin salamat qalırlar.
And each his brother they press not, Each in his way they go on, If by the missile they fall, they are not cut off.
9 Şəhərə doğru qaçışır, Divarlardan atlanıb evlərə soxulurlar, Quldur kimi pəncərələrdən girirlər.
In the city they run to and fro, On the wall they run, Into houses they go up by the windows, They go in as a thief.
10 Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir.
At their face trembled hath the earth, Shaken have the heavens, Sun and moon have been black, And stars have gathered up their shining.
11 Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər?
And Jehovah hath given forth His voice before His force, For very great [is] His camp, For mighty [is] the doer of His word, For great [is] the day of Jehovah — very fearful, And who doth bear it?
12 Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla Bütün qəlbinizlə Mənə dönün.
And also now — an affirmation of Jehovah, Turn ye back unto Me with all your heart, And with fasting, and with weeping, And with lamentation.
13 Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, Hədsiz səbirlidir, bol məhəbbətlidir, Bəla göndərməz, rəhm edər.
And rend your heart, and not your garments, And turn back unto Jehovah your God, For gracious and merciful [is] He, Slow to anger, and abundant in kindness, And He hath repented concerning the evil.
14 Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və içmə təqdimlərini verəsiniz deyə Sizə bərəkət verər.
Who knoweth — He doth turn back, Yea — He hath repented, And He hath left behind Him a blessing, A present and libation of Jehovah your God?
15 Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın.
Blow ye a trumpet in Zion, Sanctify a fast — proclaim a restraint.
16 Xalqı bir yerə yığın, Camaatı təqdis edin, Ağsaqqalları yığın, Uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, Gəlin də öz gərdəyindən çıxsın.
Gather the people, sanctify an assembly, Assemble the aged, Gather infants and sucklings of the breasts, Go out let a bridegroom from his inner chamber, And a bride out of her closet.
17 Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”»
Between the porch and the altar weep let the priests, ministrants of Jehovah, And let them say: 'Have pity, O Jehovah, on Thy people, And give not Thy inheritance to reproach, To the ruling over them of nations, Why do they say among peoples, Where [is] their God?'
18 O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.
And let Jehovah be zealous for His land, And have pity on His people.
19 Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.
Let Jehovah answer and say to His people, 'Lo, I am sending to you the corn, And the new wine, and the oil, And ye have been satisfied with it, And I make you no more a reproach among nations,
20 Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam. Onu quraq, izsiz bir yerə, Qarşıdakı ordunu Şərq dənizinə, Arxadan gələnləri isə Qərb dənizinə aparacağam. Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq». Həqiqətən, Rəbb böyük işlər gördü.
And the northern I put far off from you, And have driven him unto a land dry and desolate, With his face unto the eastern sea, And his rear unto the western sea, And come up hath his stink, And come up doth his stench, For he hath exerted himself to work.
21 Qorxma, ey torpaq, sevin, fərəhlən. Bu böyük işləri görən Rəbdir.
Do not fear, O land! joy and rejoice, For Jehovah hath exerted Himself to work.
22 Qorxmayın, ey çöl heyvanları, Çünki çölün otlaqları göyərir. Ağac meyvəsi ilə yüklənir, Əncir ağacı, tənək bəhrələrini verir.
Do not fear, O cattle of the field! For sprung forth have pastures of a wilderness, For the tree hath borne its fruit, Fig-tree and vine have given their strength!
23 Ey Sion xalqı, Allahınız Rəbdə sevinin və şadlanın, Çünki payız yağışını sizə kifayət qədər verir. Əvvəlki kimi payız yağışı ilə Yaz yağışını yağdırır.
And ye sons of Zion, joy and rejoice, In Jehovah your God, For He hath given to you the Teacher for righteousness, And causeth to come down to you a shower, Sprinkling and gathered — in the beginning.
24 Xırmanlar taxılla dolu olacaq, Təknələr təzə şərab və zeytun yağı ilə daşacaq.
And full have been the floors [with] pure corn, And overflown have the presses [with] new wine and oil.
25 «Aranıza göndərdiyim böyük qoşunumun – Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin, Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkənin Yeyib-qurtardığı illərin əvəzini verəcəyəm.
And I have recompensed to you the years That consume did the locust, the cankerworm, And the caterpillar, and the palmer-worm, My great force that I did send against you.
26 Bol-bol, doyunca yeyəcəksiniz, Sizin üçün möcüzəli şeylər edən Allahınız Rəbbin adına şükürlər edəcəksiniz. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
And ye have eaten, eating and being satisfied, And have praised the name of Jehovah your God, Who hath dealt with you wonderfully, And not ashamed are My people to the age.
27 Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
And ye have known that in the midst of Israel [am] I, And I [am] Jehovah your God, and there is none else, And not ashamed are My people to the age.
28 Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək.
And it hath come to pass afterwards, I do pour out My Spirit on all flesh, And prophesied have your sons and your daughters, Your old men do dream dreams, Your young men do see visions.
29 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumu tökəcəyəm.
And also on the men-servants, and on the maid-servants, In those days I do pour out My Spirit.
30 Göylərdə və yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü dirəkləri görünəcək.
And I have given wonders in the heavens, and in the earth, Blood and fire, and columns of smoke.
31 Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
The sun is turned to darkness, and the moon to blood, Before the coming of the day of Jehovah, The great and the fearful.
32 Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq, Çünki Rəbbin dediyi kimi Sion dağında və Yerusəlimdə qurtuluş olacaq, Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq.
And it hath come to pass, Every one who calleth in the name of Jehovah is delivered, For in mount Zion and in Jerusalem there is an escape, As Jehovah hath said, And among the remnants whom Jehovah is calling!

< Yoel 2 >