< Əyyub 4 >

1 Temanlı Elifaz belə cavab verdi:
ויען אליפז התימני ויאמר׃
2 «Kimsə sənə bir söz desə, inciyərsənmi? Danışmasın deyə kim özünü saxlaya bilər?
הנסה דבר אליך תלאה ועצר במלין מי יוכל׃
3 Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin.
הנה יסרת רבים וידים רפות תחזק׃
4 Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin.
כושל יקימון מליך וברכים כרעות תאמץ׃
5 İndi bu iş başına gələrkən Özün taqətdən düşdün, Bəla sənə dəyəndə özünü itirdin.
כי עתה תבוא אליך ותלא תגע עדיך ותבהל׃
6 Sən Allah xofuna etibar etmirdinmi? Kamil həyatına ümid edən sən deyildinmi?
הלא יראתך כסלתך תקותך ותם דרכיך׃
7 Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
זכר נא מי הוא נקי אבד ואיפה ישרים נכחדו׃
8 Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər.
כאשר ראיתי חרשי און וזרעי עמל יקצרהו׃
9 Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar.
מנשמת אלוה יאבדו ומרוח אפו יכלו׃
10 Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi, Gənc aslanların dişləri qırıldı.
שאגת אריה וקול שחל ושני כפירים נתעו׃
11 Şikarı olmadığı üçün güclü aslan həlak olar, Dişi aslanların balaları pərən-pərən qalar.
ליש אבד מבלי טרף ובני לביא יתפרדו׃
12 Mənə gizli bir söz çatdı, Qulağım bir pıçıltı eşitdi,
ואלי דבר יגנב ותקח אזני שמץ מנהו׃
13 Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda
בשעפים מחזינות לילה בנפל תרדמה על אנשים׃
14 Üstümə bir qorxu, bir titrətmə gəldi, Bütün sümüklərimi lərzəyə saldı.
פחד קראני ורעדה ורב עצמותי הפחיד׃
15 Qarşımdan bir ruh keçdi, Bütün tüklərimi ürpətdi.
ורוח על פני יחלף תסמר שערת בשרי׃
16 Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, Sükunətin içindən bir səs eşitdim:
יעמד ולא אכיר מראהו תמונה לנגד עיני דממה וקול אשמע׃
17 “İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı?
האנוש מאלוה יצדק אם מעשהו יטהר גבר׃
18 Allah bəndələrinə güvənmir, Mələklərində belə, səhv görür.
הן בעבדיו לא יאמין ובמלאכיו ישים תהלה׃
19 Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi?
אף שכני בתי חמר אשר בעפר יסודם ידכאום לפני עש׃
20 Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur.
מבקר לערב יכתו מבלי משים לנצח יאבדו׃
21 Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”.
הלא נסע יתרם בם ימותו ולא בחכמה׃

< Əyyub 4 >