< Əyyub 31 >

1 Gözlərim üçün əhd etmişəm, Gözüm bir qıza baxarmı?
わたしは、わたしの目と契約を結んだ、どうして、おとめを慕うことができようか。
2 İnsan yuxarıdan – Allahdan nə pay alır? İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır?
もしそうすれば上から神の下される分はどんなであろうか。高き所から全能者の与えられる嗣業はどんなであろうか。
3 Məgər haqsızların başına fəlakət gəlmir? Məgər fitnəkarların başına bəla gəlmir?
不義なる者には災が下らないであろうか。悪をなす者には災難が臨まないであろうか。
4 Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır?
彼はわたしの道をみそなわし、わたしの歩みをことごとく数えられぬであろうか。
5 Əgər yalançı olaraq gəzmişəmsə, Ayağım fırıldaq üçün qaçıbsa,
もし、わたしがうそと共に歩み、わたしの足が偽りにむかって急いだことがあるなら、
6 Qoy Allah məni haqq tərəzisində çəksin, Kamil olduğumu görsün.
(正しいはかりをもってわたしを量れ、そうすれば神はわたしの潔白を知られるであろう。)
7 Yolumda əyri addım atmışamsa, Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə, Əllərimi ləkələmişəmsə,
もしわたしの歩みが、道をはなれ、わたしの心がわたしの目にしたがって歩み、わたしの手に汚れがついていたなら、
8 Əkdiyimi yadlar yesin, Qoy əkinim kökündən çıxarılsın.
わたしのまいたのを他の人が食べ、わたしのために成長するものが、抜き取られてもかまわない。
9 Əgər qəlbim başqa bir qadına meyl edibsə, Qonşumun qapısını pusmuşamsa,
もし、わたしの心が、女に迷ったことがあるか、またわたしが隣り人の門で待ち伏せしたことがあるなら、
10 Qoy arvadım başqasının taxılını üyütsün, Qoy onunla başqa kişilər yatsın.
わたしの妻が他の人のためにうすをひき、他の人が彼女の上に寝てもかまわない。
11 Axı bu bir xəcalət olardı, Məhkəməyə veriləsi bir günah sayılardı.
これは重い罪であって、さばきびとに罰せられるべき悪事だからである。
12 Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur. Bu bütün barımı kökündən çıxarardı.
これは滅びに至るまでも焼きつくす火であって、わたしのすべての産業を根こそぎ焼くであろう。
13 Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə,
わたしのしもべ、また、はしためがわたしと言い争ったときに、わたしがもしその言い分を退けたことがあるなら、
14 Allah ayağa qalxanda Mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm?
神が立ち上がられるとき、わたしはどうしようか、神が尋ねられるとき、なんとお答えしようか。
15 Anamın bətnində məni yaradan Onu yaratmayıbmı? Bətndən bizə quruluş verən O olmayıbmı?
わたしを胎内に造られた者は、彼をも造られたのではないか。われわれを腹の内に形造られた者は、ただひとりではないか。
16 Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa,
わたしがもし貧しい者の願いを退け、やもめの目を衰えさせ、
17 Bir tikəmi özüm yeyib Yetimə verməmişəmsə,
あるいはわたしひとりで食物を食べて、みなしごに食べさせなかったことがあるなら、
18 Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə, Doğulandan bəri dul qadına yol göstərməmişəmsə,
(わたしは彼の幼い時から父のように彼を育て、またその母の胎を出たときから彼を導いた。)
19 Paltarı olmadığı üçün canı ağrıyan, Ya örtüyə möhtac qalan yoxsulları görəndə
もし着物がないために死のうとする者や、身をおおう物のない貧しい人をわたしが見た時に、
20 Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə,
その腰がわたしを祝福せず、また彼がわたしの羊の毛で暖まらなかったことがあるなら、
21 Məhkəmədə sözü keçən olduğum üçün Yetimə əl qaldırmışamsa,
もしわたしを助ける者が門におるのを見て、みなしごにむかってわたしの手を振り上げたことがあるなら、
22 Qollarım qırılıb çiyinlərimdən düşsün, Qoy qolum lüləsindən sınsın.
わたしの肩骨が、肩から落ち、わたしの腕が、つけ根から折れてもかまわない。
23 Çünki Allahın bəlasından qorxuram, Əzəməti qarşısında dayana bilmərəm.
わたしは神から出る災を恐れる、その威光の前には何事もなすことはできない。
24 Əgər qızıla ümid bağlamışamsa, Saf qızıla “ümidim sənsən” demişəmsə,
わたしがもし金をわが望みとし、精金をわが頼みと言ったことがあるなら、
25 Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,
わたしがもしわが富の大いなる事と、わたしの手に多くの物を獲た事とを喜んだことがあるなら、
26 Əgər parlayan günəşə, İşıq saçaraq dövran edən aya baxıb,
わたしがもし日の輝くのを見、または月の照りわたって動くのを見た時、
27 Könlümün meylini gizlicə azdırıb, Sitayiş etmək üçün əlimlə onlara Öpüş yollamışamsa,
心ひそかに迷って、手に口づけしたことがあるなら、
28 Bu da məni ittiham edən günah sayılardı, Çünki ucalarda olan Allahı danmış olardım.
これもまたさばきびとに罰せらるべき悪事だ。わたしは上なる神を欺いたからである。
29 Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə, Başına bəla gəldi deyə fərəhlənmişəmsə,
わたしがもしわたしを憎む者の滅びるのを喜び、または災が彼に臨んだとき、勝ち誇ったことがあるなら、
30 Kiminsə canına qarğış yağdıraraq Dilimə günah işlətməyə yol vermişəmsə,
(わたしはわが口に罪を犯させず、のろいをもって彼の命を求めたことはなかった。)
31 Evimdəki insanlar “Əyyubun verdiyi ətlə Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,
もし、わたしの天幕の人々で、『だれか彼の肉に飽きなかった者があるか』と、言わなかったことがあるなら、
32 – Heç bir yadelli gecəni küçədə keçirməzdi, Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi –
(他国人はちまたに宿らず、わたしはわが門を旅びとに開いた。)
33 Əgər təqsirimi gizlətmişəmsə, Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə,
わたしがもし人々の前にわたしのとがをおおい、わたしの悪事を胸の中に隠したことがあるなら、
34 Camaatdan qorxduğum üçün, El qınağından dəhşətə gəldiyim üçün Dinməzcə bayıra çıxmamışamsa…
わたしが大衆を恐れ、宗族の侮りにおじて、口を閉じ、門を出なかったことがあるなら、
35 Kaş məni bir eşidən olaydı! Bu sözümü təsdiq edirəm, Qoy Külli-İxtiyar mənə bir cavab versin! Əleyhdarım bunu tumara yazıb əlimə versin.
ああ、わたしに聞いてくれる者があればよいのだが、(わたしのかきはんがここにある。どうか、全能者がわたしに答えられるように。)ああ、わたしの敵の書いた告訴状があればよいのだが。
36 Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim, Başıma tac edərdim.
わたしは必ずこれを肩に負い、冠のようにこれをわが身に結び、
37 Onda atdığım hər addımı Allaha bildirərdim, Mən bir şahzadə kimi Onun yanına gedərdim.
わが歩みの数を彼に述べ、君たる者のようにして、彼に近づくであろう。
38 Torpağım da məndən fəryad edirsə, Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa,
もしわが田畑がわたしに向かって呼ばわり、そのうねみぞが共に泣き叫んだことがあるなら、
39 Pulunu vermədən məhsulu yemişəmsə, Buranın sakinlərinin ürəyini qırmışamsa,
もしわたしが金を払わないでその産物を食べ、その持ち主を死なせたことがあるなら、
40 Qoy sahəmdə buğda yerinə tikan, Arpa yerinə alaq bitsin». Əyyubun söhbəti sona yetdi.
小麦の代りに、いばらがはえ、大麦の代りに雑草がはえてもかまわない」。ヨブの言葉は終った。

< Əyyub 31 >