< Yeremya 22 >

1 Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki,
主はこう言われる、「ユダの王の家に下り、その所にこの言葉をのべて、
2 ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin.
言いなさい、『ダビデの位にすわるユダの王よ、あなたと、あなたの家臣、および、この門からはいるあなたの民は主の言葉を聞きなさい。
3 Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.
主はこう言われる、公平と正義を行い、物を奪われた人を、しえたげる者の手から救い、異邦の人、孤児、寡婦を悩まし、しえたげてはならない。またこの所に、罪なき者の血を流してはならない。
4 Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək.
もしあなたがたがこの言葉を真実に行うならば、ダビデの位にすわる王とその家臣、およびその民は、車と馬に乗って、この家の門にはいることができる。
5 Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir.
しかしあなたがたがこの言葉を聞かないならば、わたしは自身をさして誓うが、この家は荒れ地となると、主は言われる。
6 Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir: “Sən Mənim üçün Gilead, Livanın zirvəsi kimisən. Ancaq Mən hökmən səni bir çölə, Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.
主はユダの王の家についてこう言われる、あなたはわたしに対してギレアデのようであり、レバノンの頂のようである。しかし、わたしは必ずあなたを荒れ地にし、人の住まない町にする。
7 Sənə qarşı həlak edənlər təyin edəcəyəm, Hamısının əlində silah olacaq. Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər, Onları oda atacaqlar.
わたしは滅ぼす者を設けて、あなたを攻めさせる、彼らはおのおのその武器をとり、あなたの麗しい香柏を切り倒し、火に投げ入れる。
8 Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?›
多くの国の人はこの町を過ぎ、互に語って、「なぜ主はこの大いなる町をこのようにされたのか」と言うとき、
9 Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».
人は答えて、「これは彼らがその神、主の契約を捨てて他の神々を拝し、これに仕えたからである」と言うであろう』」。
10 Ölən padşah üçün ağlamayın, Yas tutmayın. Ancaq sürgünə gedən üçün acı-acı ağlayın, Çünki daha qayıtmayacaq, Doğma vətənini görməyəcək.
死んだ者のために泣くことなく、またそのために嘆いてはならない。捕え移されてゆく者のために、激しく泣け。彼はふたたび帰ってきて、その故郷を見ることがないからである。
11 Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq,
ユダの王ヨシヤの子シャルムは父ヨシヤについで王となったが、ついにこの所から出て行った。主は彼についてこう言われる、「彼は再びここに帰らない。
12 sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək.
彼はその捕え行かれた所で死に、再びこの地を見ない」。
13 Vay o adamın halına ki, Sarayını haqsızlıqla, Yuxarı otaqlarını ədalətsizliklə tikir, Öz soydaşını müftə işlədir, Ona muzdunu vermir.
「不義をもってその家を建て、不法をもってその高殿を造り、隣り人を雇って何をも与えず、その賃金を払わない者はわざわいである。
14 Vay o adamın halına ki, “Özümə geniş yuxarı otaqları olan Böyük bir saray tikdirəcəyəm” deyib Oraya pəncərələr açır, Ətrafını sidr ağacı ilə örtür. Qırmızı rənglə boyayır.
彼は言う、『わたしは自分のために大きな家を建て、広い高殿を造ろう』と。そしてこれがために窓を造り、香柏の鏡板でおおい、それを朱で塗る。
15 Çoxlu sidr ağacın olduğu üçünmü Özünü padşah sanırsan? Atan da doyunca yeyib-içirdi, Ədalət və salehliklə rəftar edirdi. Ona görə də işləri uğurlu oldu.
あなたは競って香柏を用いることによって、王であると思うのか。あなたの父は食い飲みし、公平と正義を行って、幸を得たのではないか。
16 Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı, Ona görə də işləri uğurlu oldu». Rəbb bəyan edir: «Məni tanımaq Elə bu deyilmi?
彼は貧しい人と乏しい人の訴えをただして、さいわいを得た。こうすることがわたしを知ることではないかと主は言われる。
17 Ancaq sənin gözlərin və ürəyin Öz haram qazancında, Tökmək istədiyin günahsız qanda, Etmək istədiyin qəddarlıqda, Zorakılıqda qalıb».
しかし、あなたは目も心も、不正な利益のためにのみ用い、罪なき者の血を流そうとし、圧制と暴虐を行おうとする」。
18 Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir: «Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar, “Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.
それゆえ、主はユダの王ヨシヤの子エホヤキムについてこう言われる、「人々は『悲しいかな、わが兄』、『悲しいかな、わが姉』と言って、彼のために嘆かない。また『悲しいかな、主君よ』、『悲しいかな、陛下よ』と言って嘆かない。
19 Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar, Eşşək basdırılan kimi basdırılacaq».
ろばが埋められるように、彼は葬られる。引かれて行って、エルサレムの門の外に投げ捨てられる」。
20 «Livana qalxıb fəryad et, Başanda səsini ucalt, Avarimdən nalə çək, Çünki bütün müttəfiqlərin əzildi.
「レバノンに登って呼ばわり、バシャンにあなたの声をあげ、アバリムから呼ばわれ。あなたの愛する者がみな滅ぼされるからだ。
21 Hər şeyin əmin-amanlıqda olanda Sənə nəsihət etdim, Ancaq “qulaq asmayacağam” dedin. Uşaqlığından xasiyyətin belədir, Sözümə qulaq asan deyilsən.
あなたの栄えていた時、わたしはあなたに語ったが『聞きたくはない』と言った。あなたがわたしの声に聞き従わないことは、あなたの幼い時からの、ならわしであった。
22 Külək bütün başçılarını alıb-aparacaq, Müttəfiqlərin sürgünə gedəcək. O zaman etdiyin bütün pisliklərdən ötrü Utanıb rüsvay olacaqsan.
あなたの牧者はみな、風に追い立てられ、あなたの愛する者は捕え移される。その時、あなたは自分のもろもろの悪のために、恥じ、うろたえる。
23 Ey sən “Livanda” yaşayan, Yuvasını sidr ağacından quran! Sənə hamilə qadın kimi Ağrılar, sancılar gələndə Necə ah-zar edəcəksən!»
レバノンに住み、香柏の中に巣をつくっている者よ、子を産む女に臨む苦しみのような苦痛があなたに臨むとき、あなたはどんなに嘆くことであろうか」。
24 Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım.
「主は言われる、わたしは生きている。ユダの王エホヤキムの子コニヤが、わたしの右手の指輪であっても、わたしはあなたを抜き取る。
25 Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm.
あなたの命を求める者の手、あなたがその顔を恐れる者の手、すなわちバビロンの王ネブカデレザルの手と、カルデヤびとの手にあなたを渡す。
26 Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz.
わたしは、あなたと、あなたを産んだ母を、あなたがたの生れた国でない他の国に追いやる。あなたがたはそこで死ぬ。
27 Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».
彼らが帰りたいとせつに願う国に、彼らは再び帰ることができない」。
28 Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı?
この人コニヤは卑しむべき、こわれたつぼであろうか、だれも心に留めない器であろうか。なぜ彼とその子孫は追いやられて、知らない地に投げやられるのか。
29 Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə!
ああ、地よ、地よ、地よ、主の言葉を聞けよ。
30 Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».
主はこう言われる、「この人を、子なき人として、またその一生のうち、栄えることのない人として記録せよ。その子孫のうち、ひとりも栄えて、ダビデの位にすわり、ユダを治めるものが再び起らないからである」。

< Yeremya 22 >